Turistlərin sayı azalır: Hansı sahələr daha çox zərər görür?
2026-cı ilin ilk yarısında həm Azərbaycana gələn xarici vətəndaşların, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır. Eyni zamanda, həmin dövrdə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı da 5,1 faiz azalaraq