Lüksemburq istisnadır: Aİ-də qadınlar kişilərdən az qazanır

Lüksemburq istisnadır: Aİ-də qadınlar kişilərdən az qazanır
Kateqoriya məlum deyil
T

Avropa İttifaqında qadınların əməkhaqqısı kişilərlə müqayisədə orta hesabla daha aşağı olsa da, yalnız bir ölkədə vəziyyət əksinədir.

Sfera.az xəbər verir ki, "Euronews"un "Eurostat" məlumatlarına istinadən yaydığı xəbərə görə, Aİ-də qadınların orta saatlıq əməkhaqqısı kişilərinkindən 11,1 faiz azdır. Bu isə o deməkdir ki, kişilərin qazandığı hər 100 avroya qarşılıq qadınlar orta hesabla 88,9 avro qazanırlar.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) hesablamalarına əsasən, bu fərq illik gəlirlərdə daha aydın görünür. Belə ki, Aİ-də orta statistik qadın il ərzində kişidən təxminən 3 900 avro az əməkhaqqı alır.

Məlumata görə, Aİ-də çalışan 92,5 milyon qadın əməkhaqqı bərabərsizliyi səbəbindən ümumilikdə hər il 358 milyard avrodan çox gəlir itirir.

Lüksemburq isə Avropa İttifaqında qadınların kişilərdən daha çox qazandığı yeganə ölkədir. Burada qadınların illik gəliri kişilərdən orta hesabla 474 avro çoxdur.

2025-ci il statistikasına əsasən, qadınların illik gəlir itkisi ən yüksək olan ölkələr Finlandiya (7 592 avro), Avstriya (6 854 avro), Almaniya (6 049 avro) və İsveçdir (5 116 avro).

Bundan başqa, Estoniya (4 967 avro), Fransa (4 536 avro), Çexiya (4 499 avro) və İrlandiyada da qadınların illik gəlir itkisi Aİ üzrə orta göstəricini (3 881 avro) üstələyərək 4 min avrodan çox təşkil edir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR