Netanyahu Trampla görüşmək üçün Vaşinqtona gedir

Netanyahu Trampla görüşmək üçün Vaşinqtona gedir
Kateqoriya məlum deyil
T

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona səfər edəcək.

Sfera.az əbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Benyamin Netanyahu rəsmi təmaslar çərçivəsində bazar ertəsi ABŞ-nun paytaxtı Vaşinqtona yola düşəcək. Onun iyulun 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Netanyahuya məxsus ABŞ səfərinin əvvəlcə iyulun 19-da ləğv edildiyi açıqlanmışdı. Lakin sonradan səfər planına yenidən dəyişiklik edilib və proqram bərpa olunub.

Məlumata görə, Netanyahu Vaşinqtonda keçirdiyi görüşlərlə yanaşı, vəfat edən respublikaçı senator Lindsey Graham üçün təşkil olunacaq dəfn mərasimində də iştirak edəcək.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR