PUA-lara qarşı yeni silah hazırlandı

PUA-lara qarşı yeni silah hazırlandı
Kateqoriya məlum deyil
T

ABŞ-də pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumlarına qarşı mübarizə aparmaq üçün yeni silah sistemi hazırlanıb.

Sfera.az xəbər verir ki, Picket Defense Systems şirkətinin təqdim etdiyi Inferno RTC adlı qurğu eyni vaxtda müxtəlif istiqamətlərdən gələn dron hücumlarını dəf etmək üçün nəzərdə tutulub. Sfera formasında hazırlanan sistemin 54 lüləsi korpusun ətrafına müxtəlif bucaqlarla sabit şəkildə yerləşdirilib. Ənənəvi uzaqdan idarə olunan döyüş modullarından fərqli olaraq, Inferno RTC hədəfi izləyərək silahı çevirmir. Sistem hədəfə ən yaxın lüləni avtomatik seçir ki, bu da atəş açarkən yaranan gecikmələri minimuma endirir.

Qurğu dronları passiv sensor sistemi vasitəsilə aşkarlayır. Bu sistem üçölçülü mikrofon şəbəkəsi və bir neçə optik kameranın birgə fəaliyyəti sayəsində PUA-ları müəyyən edir və izləyir. Inferno RTC iki versiyada istehsal olunur. Yüngül model 36 lülədən ibarətdir və təxminən 20 kiloqram ağırlığındadır. Ağır versiya isə 54 lüləyə malikdir və çəkisi 40 kiloqrama yaxındır. İstehsalçı şirkətin məlumatına görə, hər iki sistem 120 metrədək məsafədəki hədəfləri aşkar edib zərərsizləşdirmək imkanına malikdir. Yüngül model 5,56 mm, .410 və 20 kalibr sursatlardan istifadə edir, ağır versiya isə 12 kalibr və 40 mm aşağı sürətli döyüş sursatlarını dəstəkləyir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR