Xamenei müharibənin bitməsi üçün əsas şərti açıqladı

İranın ali dini lideri Müctəba Xamenei ABŞ ilə müharibənin dayandırılması üçün əsas şərtin nə olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Xameneinin sözlərinə görə, İran üçün Livanın ərazi bütövlüyünün qorunması və İsrailin hücumlarının tam, qeyd-şərtsiz dayandırılması ABŞ ilə aparılan müharibənin başa çatmasına dair mümkün razılaşmanın əsas şərtidir.
"İran üçün Livanın ərazi bütövlüyünün qorunması və İsrailin təcavüzünün tam və qeyd-şərtsiz dayandırılması ABŞ ilə məcburi şəkildə başladılmış müharibənin başa çatmasına dair memorandumun əsas şərtidir", – deyə o bildirib.
"Hizbullah"ın baş katibinə ünvanladığı məktubda Xamenei hərəkatın "Sionist rejimin və onun tərəfdarlarının təzyiqlərinə" qarşı qətiyyətlə müqavimət göstərdiyini vurğulayıb.
O bildirib ki, bu müqavimət "azad dünya üçün ilham mənbəyinə çevrilib".
Firuzə Əliyeva






