Zelenski sülh mesajı verir, Avropa isə...

Zelenski sülh mesajı verir, Avropa isə...
Kateqoriya məlum deyil
T

Ukraynanın müharibənin hazırkı cəbhə xətti boyunca dayandırılması və diplomatik danışıqlara başlanılması təşəbbüsünü dəstəkləməsi münaqişənin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Məsələni Sfera.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, artıq beşinci ilinə yaxınlaşan müharibə həm Rusiyanı, həm də Ukraynanı ciddi şəkildə yorub və tərəflərin imkanları tədricən tükənir.

Onun sözlərinə görə, Ukraynanın hazırkı cəbhə xətti üzrə atəşkəsə razılıq verməsi daha çox beynəlxalq ictimaiyyətə sülh istədiyini nümayiş etdirmək məqsədi daşıyır:

"Mənə elə gəlir ki, bu razılıq daha çox manipulyativ xarakter daşıyır. Rəsmi Kiyev bununla özünün xoşməramlı mövqeyini göstərmək istəyir. Əslində isə Ukrayna da başa düşür ki, nə Rusiya, nə də Avropa hazırda müharibənin dayandırılmasına razı olacaq. Zelenski bununla "biz sülh istəyirik" mesajını verir."

K.Novruzov hesab edir ki, Zelenski atəşkəsə razı olsa belə, Avropa hələlik müharibənin başa çatmasında maraqlı görünmür. Onun fikrincə, Avropa müharibədən sonra Rusiyanın növbəti hədəfinin Avropa ölkələri ola biləcəyindən narahatdır və buna görə də Ukraynaya dəstəyini davam etdirir.

Ekspert ABŞ-nin mövqeyinin isə fərqli olduğunu deyib. O bildirib ki, Vaşinqton Rusiya ilə münasibətləri daha da gərginləşdirmək istəmir, Ukraynaya investisiya qoymaq və diqqətini İranla Çin istiqamətinə yönəltmək niyyətindədir.

Siyasi şərhçinin fikrincə, gələcəkdə Avropa ilə ABŞ arasında münasibətlərin dəyişməsi tərəflərin mövqeyinə də təsir göstərə bilər. Lakin hazırkı mərhələdə Zelenskinin bəyanatı müharibənin bitməsi üçün real dönüş nöqtəsi hesab oluna bilməz.

"Hazırkı vəziyyətdə Zelenskinin açıqlamasını müharibənin bitməsi üçün real addım saymıram. Yaxın vaxtlarda Rusiya-Ukrayna müharibəsinin başa çatacağını düşünmürəm".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR