Hadisədən azyaşlı pərəstişkarına dəyərli hədiyyə vədi

Məşhur müğənni Hadisə son konsertlərindən birində səhnəyə dəvət etdiyi azyaşlı pərəstişkarına etdiyi jestlə diqqət çəkib.
Sfera.az xəbər verir ki, aktiv konsert proqramı ilə pərəstişkarları ilə görüşlərini davam etdirən ifaçı bu dəfə də maraqlı anlara imza atıb.
Konsert zamanı səhnəyə dəvət etdiyi körpəni qucağına alan Hadisə onunla birlikdə səhnədə gəzib. Daha sonra körpənin ailəsinə müraciət edən sənətçi, “Ünvanınızı götürək, sizə beşi bir yerdə qızıl göndərəcəyəm”, - deyərək təxminən 8 min 500 manat dəyərində qızıl hədiyyə edəcəyinə söz verib.
Hadisənin bu addımı konsertdə iştirak edənlər tərəfindən alqışlarla qarşılanıb. Həmin anlar mobil telefon kameraları ilə lentə alınaraq sosial şəbəkələrdə sürətlə yayılıb.
Sosial media istifadəçiləri müğənninin səxavətli jestini yüksək qiymətləndirərək paylaşıma çoxsaylı müsbət rəylər yazıblar.
Mənsumə






