"ChatGPT"də problem yarandı

Dünyanın ən çox istifadə olunan süni intellekt platformalarından biri olan “ChatGPT”nin işində qlobal miqyasda problem yaranıb. Milyonlarla istifadəçi platformaya qoşulmaqda və cavab almaqda çətinliklə üzləşib.
Sfera.az xəbər verir ki, bəzi istifadəçilər ümumiyyətlə hesaba daxil ola bilmədiklərini bildiriblər. Platformaya giriş edə bilənlər isə söhbət pəncərəsində uzun gözləmə, cavabların gecikməsi və ya ümumiyyətlə cavab verilməməsi kimi problemlərlə qarşılaşıblar.
Məsələ ilə bağlı “OpenAI” şirkəti də açıqlama yayaraq “ChatGPT” xidmətində nasazlıq yarandığını təsdiqləyib. Şirkət problemin səbəbinin araşdırıldığını və xidmətin tam bərpası üçün işlərin davam etdiyini bildirib.
Məlumata görə, “DownDetector” platformasının statistikası “ChatGPT”də yaranan nasazlığın ABŞ, Avropa ölkələri, Hindistan, Yaponiya və dünyanın bir çox digər bölgəsində qeydə alındığını göstərir.
Hazırda problemin nə vaxt tam aradan qaldırılacağı ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Bəsti Rəfizadə






