Pəhriz saxlayanlara ŞAD XƏBƏR

Pəhriz saxlayanlara ŞAD XƏBƏR
Kateqoriya məlum deyil
T

İsveçrəli tədqiqatçılar ağıllı telefona qoşularaq nəfəs analizi aparan portativ cihaz hazırlayıblar.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, alkometri xatırladan bu cihaz qan analizi olmadan orqanizmin yağ yandırmağa başlayıb-başlamadığını müəyyən edə bilir.

ETH Sürix universitetinin spin-off şirkəti “Alivion AG” tərəfindən hazırlanan və “Nutrion” adlandırılan cihaz nəfəsdə yaranan aseton molekulunu ölçür. Mütəxəssislərin sözlərinə görə, orqanizm yağ yandırmağa başladıqda nəfəsdə asetonun səviyyəsi artır və cihaz məhz bu göstəricini analiz edir.

Bu texnologiya sayəsində istifadəçilər pəhriz saxlayarkən və ya idman edərkən bədənlərinin karbohidrat yandırmaqdan yağ yandırmağa nə vaxt keçdiyini öyrənə biləcəklər.

Cihazın sınaqları zamanı 12 könüllüdən götürülən yüzlərlə nəfəs nümunəsi üzərində uğurlu nəticələr əldə olunub. Ölçmənin nəticəsi təxminən 90 saniyə ərzində smartfon tətbiqində əks olunur.

Hazırda yeni cihaz beynəlxalq elmi tədqiqatlarda və bəzi tibb mərkəzlərində istifadə edilir. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya gələcəkdə pəhriz və idman proqramlarının daha səmərəli planlaşdırılmasına kömək edə bilər.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR