Sfera
Azərbaycanda ağır qəza: ölən və yaralananlar var
Salyanda yol qəzası baş verib. Sfera.az bildirir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. BMW və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır./apa
Hadisə23.10.2026 18:45
Bakıdakı tozlu hava: Səhhətimizə necə təsir edir?
Bakıda havada tozun normadan artıq olması həm ekoloji, həm də sağlamlıq baxımından narahatlıq doğurur. Uzaq ərazilərdən gələn toz kütlələri, küləyin istiqaməti, yağıntının olmaması və atmosfer şəraiti bu prosesə təsir göstərən əsas amillər sırasındadır. Tozlu hava paytaxta necə artır? Ekoloq Cəmşid Bəxtiyar Sfera.az -a açıqlamasında bildirib ki, atmosferdə tozun konsentrasiyasının artmasının səbəblərindən biri transsərhəd toz daşınmalarıdır. Onun sözlərinə görə, quraq ərazilərdə yaranan toz
Gündəm19.10.2026 13:45
Gözləriniz əsl yaşınızı göstərə bilər
Yeni araşdırma süni intellektlə aparılan göz müayinələrinin insanların bioloji yaşlanma sürətini və bəzi gizli sistem xəstəlikləri erkən mərhələdə müəyyən edə biləcəyini ortaya qoyub. Sfera.az xəbər verir ki, Cənubi Koreyanın Seul milli universitetinin alimləri gözün arxa hissəsində yerləşən tor qişanı (retinanı) süni intellekt vasitəsilə analiz edən yeni üsul hazırlayıblar. Araşdırma nəticələri bu texnologiyanın insanın bioloji yaşlanma sürəti və bəzi sağlamlıq riskləri barədə məlumat verə
Media28.09.2026 21:15
ABŞ orbitdə kosmik silah yerləşdirdiyini təsdiqlədi
ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink ölkəsinin orbitdə kosmik silah yerləşdirdiyini ilk dəfə açıq şəkildə təsdiqləyib. Sfera.az xəbər verir ki, Troy Meink Hava, Kosmos və Kiber Konfransında çıxışı zamanı ABŞ-nin orbitdə yerləşdirdiyi silahın ölkə qüvvələrini mümkün düşmən fəaliyyətlərindən qorumaq üçün zəruri olduğunu bildirib. Nazir ABŞ-nin inkişaf edən təhdidlərə qarşı hazırlıqlı olması lazım olduğunu vurğulayıb. Lakin Meink orbitdə yerləşdirilən sistemin hansı imkanlara malik olduğu və
Dünya15.09.2026 10:21
Britaniya Baş nazirinin atası vəfat etdi
Böyük Britaniyanın Baş naziri Endi Börnhəminin atası Roy Börnhəm vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Məlumata görə, Endi Börnhəm atasının vəfatı ilə əlaqədar bu gün və sabah üçün nəzərdə tutulan bütün tədbirlərini ləğv edib. Baş nazir bu gün axşam biznes nümayəndələri ilə görüşməli, həmçinin Braytonda keçirilən Britaniya Həmkarlar İttifaqları Konqresinin konfransında çıxış etməli idi. Roy Börnhəm son illər qocalar evində yaşayıb və Altseymer
Dünya14.09.2026 17:48
İran son kartını oynayacaq? - Tam bloklana bilər
“Vaşinqtonun Tehrana iqtisadi təzyiq göstərməsi İran hərbçiləri tərəfindən Hörmüz boğazı zonasının tam blokadaya alınması ilə nəticələnə bilər”. Sfera.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “X” sosial şəbəkəsində paylaşım edib. “Son günlərdə Vaşinqton İranın yeni raketləri barədə aydın xəbərdarlıq alıb. İqtisadi müharibə Fars körfəzindən blokada perimetrinə qədər olan dəniz təcrid zonası ilə qarşılanacaq. ABŞ hərbi gəmilərinə və bazalarına
Dünya09.09.2026 11:58
Emin Əmrullayev: "Oxu bacarığını təhqir kimi qəbul edirlər"
“Oxu bacarığından danışanda cəmiyyət bunu özünə qarşı təhqir kimi qəbul edir”. Sfera.az xəbər verir ki, PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda imtahan yönümlü təhsilin oxu savadlılığına təsiri ilə bağlı suala cavabında deyib. Nazir xüsusilə oxunun ayrıca bacarıq kimi qəbul edilməsinə cəmiyyətin yanaşmasına diqqət çəkib. “Biz ümumiyyətlə oxunu hələ bir sahə kimi qəbul da etmirik. Sən
Media08.09.2026 12:48
Emin Əmrullayev: “Ən böyük problemimiz oxuyub-anlamaqdır”
Oxu savadlılığı üzrə müəyyən müsbət dinamika müşahidə edilsə də, şagirdlərin oxuduğunu anlama bacarığı Azərbaycan təhsilində əsas problemlərdən biri olaraq qalır. Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib. Nazir bildirib ki, oxu savadlılığı üzrə yüksək nəticə göstərən şagirdlərin payında artım var. Onun sözlərinə görə, yüksək nəticə göstərənlərin payı ölkə üzrə
Media08.09.2026 12:23
Trampın qərarları oyun halında sayta yerləşdirildi
ABŞ prezidentinin administrasiyası Donald Trampın qərar və təşəbbüslərinə həsr olunan mini-oyunlar bölməsini Ağ Evin rəsmi internet səhifəsində istifadəyə verib. Sfera.az xəbər verir ki, hazırda saytda istifadəçilər üçün beş mini-oyun təqdim olunur. Onlardan biri məşhur mobil oyun əsasında hazırlanmış “Uçan qanun layihəsi” adlı oyundur. Oyunda istifadəçi qanun layihəsini daşıyan ağbaş qartalı idarə edir. Qartal Ağ Evin sütunlarını xatırladan maneələrə toxunmadan irəliləməlidir. Digər oyun
Media04.09.2026 14:59
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
Avropa İttifaqı Almaniyanın Leypsiq hava limanında baş verdiyi iddia olunan diversiya ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməyə hazırlaşır. Sfera.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin mənbələrinə görə, Aİ nümayəndələri qarşıdakı həftələrdə Leypsiq hava limanında təxminən bir ay əvvəl içərisində partlayıcı maddələr olduğu bildirilən pilotsuz uçuş aparatının aşkarlanması ilə bağlı hadisəyə mümkün cavab tədbirlərini müzakirə edəcəklər. Almaniya
Siyasət04.09.2026 14:44
Cəmi 45 dəqiqə: Ən qısa müddət hakimiyyətdə QALANLAR
İtaliyanın Baş naziri Corcia Meloni ölkəsinin siyasi tarixində yeni rekorda imza atıb. Sfera.az xəbər verir ki, Meloninin rəhbərlik etdiyi hökumət İkinci Dünya müharibəsindən sonra İtaliyada ən uzun müddət fasiləsiz fəaliyyət göstərən hökumət olub. O, 2022 - ci ilin oktyabrında baş nazir vəzifəsinə gəlib. Meloninin hökuməti 1 413 gün fəaliyyət göstərərək Silvio Berluskoninin 1 412 günlük rekordunu geridə qoyub. İtaliya siyasi tarixində bu göstərici xüsusilə diqqətçəkəndir. Çünki ölkədə 1946 -
Cəmiyyət04.09.2026 13:19
İnsan beyninin böyü sirri: Qərarları necə veririk?
ABŞ-də aparılan yeni araşdırma beynin qərarvermə mexanizmi ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına alıb. Tədqiqatçılar beyində qərarların qəbuluna cavabdeh vahid “idarəetmə mərkəzinin” olmadığını, seçim hissinin duyğu, hərəkət və ətraf mühitlə qarşılıqlı əlaqənin nəticəsi kimi yarana biləcəyini müəyyən ediblər. Sfera.az xəbər verir ki, İndiana Universitetinin Psixologiya və Beyin Elmləri Departamentindən professor Tom Ceyms insan beyninin “əvvəlcə qəbul et, sonra düşünərək qərar ver və
Media03.09.2026 17:00
Rusiya mülki hədəflərə zərbə endirir - Kremlin məqsədi nədir?
Rusiyanın Ukraynanın mülki hədəflərinə qarşı hücumları intensivləşir. Artıq bir neçə gündür ki, mülki hədəflər vurulur. Bunun nəticəsində müxtəlif obyektlər dağıdılıb, eləcə də çoxlu sayda insan dünyasını dəyişib. Sfera.az xəbər verir ki, ötən gecə Rusiya Ukraynanın mülki hədəflərinə qarşı növbəti hücumu həyata keçirib. Kiyev, Xerson, Donetsk, Zaporojye, Sumı, Dnepr, Xarkov, Çerniqov və Jitomir hücumların hədəfi olub. Bu hücum nəticəsində, Hindistan vətəndaşı da daxil olmaqla, 12 nəfər ölüb.
Dünya01.09.2026 12:40
Bu ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. Sfera.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Zabrat qəsəbəsində Yeni Sahənin, M. İbrahimov, Turgenev, Ş. Əzizbəyov, Aydınlıq, X. Vəliyev, Vaqif, Nizami, Vidadi, N. Nərimanov, R. Axundov, Ə. Məmmədov küçələrinin, Zərkənd və İstixana ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Cəmiyyət31.08.2026 21:10
Trampın mal əti ilə bağlı qərarının detalları açıqlandı
ABŞ Prezidenti Donald Tramp ölkədə mal ətinin qiymətini aşağı salmaq və istehlakçıları daha münasib qiymətə ətlə təmin etmək məqsədilə idxal kvotasının müvəqqəti artırılması barədə sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, sərəncamda ABŞ-də mal ətinin qiymətinin yüksək olduğu bildirilib. Qeyd olunub ki, ölkədə mal-qara sayının son 75 ilin ən aşağı səviyyəsinə düşməsi, quraqlıq, meşə yanğınları və parazitlərin yayılması ət tədarükünün azalmasına səbəb olub. Bundan başqa, Meksikadan canlı
Dünya27.08.2026 11:17
Uşaqlarda anemiyanın əsas səbəbi nədir? — Pediatrdan açıqlama
Azərbaycanda il ərzində minlərlə uşağa anemiya diaqnozu qoyulur. Uşaqlarda anemiyanın yaranmasına müxtəlif amillər səbəb olsa da, ən çox rast gəlinən səbəblərdən biri düzgün və balanslı qidalanmanın olmamasıdır. Sfera.az xəbər verir ki, pediatr Qoşqar İsmayılov deyib ki, uşaqlarda anemiyanın səbəbləri çox ola bilər, lakin ən çox görülən səbəb qida mənşəli anemiyalardır. "Xüsusilə qidalanması normal olmayan, hipotrofik uşaqlarda və dəmirlə zəngin qidalar qəbul etməyən uşaqlarda dəmir defisitli
Sağlıq27.08.2026 11:03
Polad Bülbüloğlunun ikinci həyat yoldaşından evlilik iddialarına REAKSİYA
“Bu mövzuda heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm. Sadəcə deyirəm ki, biz o yaşda deyilik. 81 yaşlı insan özünə toy etməz”. Sfera.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Xalq artisti Polad Bülbüloğludan boşandığı deyilən həyat yoldaşı Gülnarə Şıxəliyeva deyib. O, həyat yoldaşından ayrılması barədə suala cavabında bunları deyib: “Səhhətimdə yüngül problemlər olduğu üçün bu aralar mən cəmiyyət içinə çıxa bilmirəm. Hətta bu yaxınlarda övladımın konserti oldu, onda belə
Cəmiyyət26.08.2026 16:29
ABŞ-nin yeni sanksiyaları: İran tab gətirə biləcəkmi?
"İran hökuməti ABŞ-nin sanksiyalarının sərtləşdirilməsinə, yeni məhdudiyyətlər tətbiq etməsinə hazır idi və potensial problemlərin öhdəsindən gəlmək üçün əvvəlcədən plan hazırlayıb". Sfera.az xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib. Nazir izah edib ki, kabinetin iki illik iqtisadi inkişaf planı var və orada bütün problemlər nəzərə alınıb. Onun sözlərinə görə, Vaşinqton İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çata bilməyəcək. Maraqlıdır, İran
Region25.08.2026 15:48
Tələbə adını qazananlar arasında jurnalist övladları da var - SİYAHI+FOTO
2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Qəbul həyəcanı yaşayanlar arasında media nümayəndələrinin övladları da var. Sfera.az xəbər verir ki,, bir sıra tanınmış jurnalistlərin övladları yüksək nəticə göstərərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar. “ Sfera.az” saytının redaktoru Vasif Cəfərovun oğlu Məhəmməd Cəfərli Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq ticarət və logistika ixtisasına qəbul olub. Jurnalist Elçin
Cəmiyyət25.08.2026 10:37
Ukraynanın imkanları tükənir? - Vəd edilən vəsaitlər ayrılmır
Ukraynanın xarici maliyyə vəsaitlərindən asılılığı artır. Ukraynanın siyasi xadimlərinin açıqlamasına görə, rəsmi Kiyevə beynəlxalq maliyyə dəstəyi maksimum həddə çatıb və Qərbdən daha çox vəsait gözləmək real deyil. Hökumətdən isə bildirirlər ki, ölkənin bütün daxili maliyyə ehtiyatları tükənib və büdcəni xarici donorlar olmadan idarə etmək qeyri-mümkündür. Qeyd edək ki, Ukraynanın 2026-cı il büdcəsində xərclər 104 milyard dollar, gəlirlər cəmi 64 milyard dollar proqnozlaşdırılıb. Bunun 66
Dünya24.08.2026 12:44
İşəgötürənlərin əsas sualı: "Xarici dil bilirsiniz?"
Azərbaycanda əmək bazarında xarici dil biliklərinə tələbat artır. Bir çox peşələr üzrə işəgötürənlər namizədlərdən xarici dil bilmələrini istəyirlər. Sfera.az xəbər verir ki, sosioloq Nail Cəlil bildirib ki, xarici dil tələbi bütün fəaliyyət sahələri üçün eyni dərəcədə vacib deyil. Onun sözlərinə görə, bəzi işlərdə Azərbaycan dilində səlis, ədəbi və işgüzar ünsiyyət qurmaq bacarığı kifayət edir. Nail Cəlil sənaye, qida istehsalı, enerji məhsullarının ixracı və turizm kimi sahələrdə xarici dil
Cəmiyyət20.08.2026 13:51
Xüsusilə bu 3 bürc diqqətli olsun: Bu gün...
18 avqustda bürclər üçün fərqli enerji hökm sürəcək. Bəzi bürclər üçün iş və maliyyə məsələlərində yeni imkanlar yaranacaq, digərləri isə münasibətlərdə diqqətli qərarlar verməli olacaq. Bəs bu gün hansı bürcü sevindirici xəbər gözləyir? Sfera.az bürc xəbərini təqdim edir: Qoç Bu gün enerjiniz yüksək olacaq. İşlə bağlı gözləmədiyiniz bir təklif və ya xəbər ala bilərsiniz. Tələsik qərar verməkdənsə, vəziyyəti yaxşı qiymətləndirin. Şəxsi münasibətlərdə isə səmimi söhbət bəzi anlaşılmazlıqları
Gündəm18.08.2026 11:13
Rusiya Ukraynanın atəşkəs təklifini rədd etdi
Rusiya Ukrayna ilə Qara dənizdə atəşkəs elan edilməsi təklifini qəbul etməyib. Sfera.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Qara dənizdə hərbi fəaliyyətlərin dayandırılması üçün əsas görmədiyini bildirib. Zaxarova Türkiyənin hərbi fəaliyyətlərə moratorium tətbiq edilməsi təklifinə münasibət bildirərkən deyib ki, Rusiya mülki gəmilərə qarşı Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə hücumlarından mütəmadi olaraq şikayətlənir. Onun
Media14.08.2026 20:27
Qeyri-neft sektorunu necə canlandırmaq olar? - Ekspertlərdən TƏKLİFLƏR
Azərbaycanda son vaxtlar iqtisadiyyatın qeyri-neft-qaz sektorunda Ümumi Daxili Məhsul (ÜDM) istehsalında artımın sürətinin zəifləməsi müşahidə edilir. Əvvəllər qeyri-neft-qaz ÜDM-də artım sürəti 5-7 faiz olurdusa, hazırda artım sürəti 2 faiz səviyyəsindədir. Sfera.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərov deyib ki, qeyri-neft sektorunun inkişafı ilə ÜDM artımının sürətlənməsi bir-biri ilə sıx bağlı məsələlərdir. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi canlanmanın təmin olunması üçün ilk
İqtisadiyyat14.08.2026 12:57
























