Azərbaycanda ağır qəza: ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Salyanda yol qəzası baş verib.
Sfera.az bildirir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
BMW və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır./apa






