ABŞ orbitdə kosmik silah yerləşdirdiyini təsdiqlədi

ABŞ orbitdə kosmik silah yerləşdirdiyini təsdiqlədi
Kateqoriya məlum deyil
T

ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink ölkəsinin orbitdə kosmik silah yerləşdirdiyini ilk dəfə açıq şəkildə təsdiqləyib.

Sfera.az xəbər verir ki, Troy Meink Hava, Kosmos və Kiber Konfransında çıxışı zamanı ABŞ-nin orbitdə yerləşdirdiyi silahın ölkə qüvvələrini mümkün düşmən fəaliyyətlərindən qorumaq üçün zəruri olduğunu bildirib.

Nazir ABŞ-nin inkişaf edən təhdidlərə qarşı hazırlıqlı olması lazım olduğunu vurğulayıb. Lakin Meink orbitdə yerləşdirilən sistemin hansı imkanlara malik olduğu və nə vaxt kosmosa çıxarıldığı barədə ətraflı məlumat verməyib. Beləliklə, ABŞ ilk dəfə rəsmi səviyyədə orbitdə kosmik silahının olduğunu açıq şəkildə təsdiqləyib.

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR