Tələbə adını qazananlar arasında jurnalist övladları da var - SİYAHI+FOTO

2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. Qəbul həyəcanı yaşayanlar arasında media nümayəndələrinin övladları da var.
Sfera.az xəbər verir ki, , bir sıra tanınmış jurnalistlərin övladları yüksək nəticə göstərərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar.
“Sfera.az” saytının redaktoru Vasif Cəfərovun oğlu Məhəmməd Cəfərli Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq ticarət və logistika ixtisasına qəbul olub.

Jurnalist Elçin Məmmədin oğlu Onur Məmmədli 686,5 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına daxil olub.

Tələbdə adını qazananlar arasında “Azərtac” İnformasiya Agentliyinin jurnalisti Elxan Yusiflinin oğlu Ayxan Yusifli də var. O, 682,5 bal toplayaraq Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının ingilis dilli proqramı üzrə təhsil almaq hüququ qazanıb.

“Xəzər TV”nin jurnalisti Ceyhun Rzayevin qızı Zəhra Rza Bakı Dövlət Universitetinin (BDU) Rus dili və ədəbiyyatı fakültəsinə, rus bölməsinə qəbul olub.

Jurnalist Elman Eldaroğlunun nəvəsi Dəniz Azərbaycan Tibb Universitetinin Stomatologiya (Diş həkimliyi) ixtisasında təhsil almaq hüququ qazanıb.

“Yeni Müsavat” qəzetinin jurnalisti Elşad Paşasoyun oğlu Murad Paşayev Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaq imkanı qazanıb.

Jurnalist Yusif Məhəmmədoğlunun oğlu Məhəmməd Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tarix müəllimliyi ixtisasına ödənişsiz əsaslarla qəbul olub.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmovun oğlu Camal Rüstəmzadə Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasına qəbul olub. O, ingilis dilli proqram üzrə təhsil alacaq.
Əməkdar jurnalist Füzuli İsmayılovun oğlu Cahangir İsmayılov Azərbaycan Dövlət Pedoqoji Universitetinə daxil olub.

“Financetime.az” saytının baş redaktoru Arzu Dəstibəyovanın övladı S.R. Dəstibəyov Azərbaycan Dövlət Dəniz Akademiyasının Elektrik və elektronika mühəndisliyi ixtisasına, ingilis dilli əyani təhsil formasına qəbul olunub.
“ARB24”ün aparıcısı Vəfa Təyyarqızının bacısı qızı Mustafalı Zeynəb Qərbi Kaspi Universitetinə, jurnalist Nigar Orucovanın övladı Sabir Orucov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alacaq.

Jurnalist Anzulə Pərvizqızının qızı Əlvan da bu il tələbə adını qazananlar sırasında yer alıb. O, Azərbaycan Texniki Universitetinin ingilis dili üzrə Menecment fakültəsinə daxil olub.

Sfera.az olaraq tələbə adını qazanan bütün gəncləri təbrik edir, onlara təhsil həyatlarında və gələcək karyeralarında uğurlar arzulayır.
Bəsti Rəfizadə





