Trampın mal əti ilə bağlı qərarının detalları açıqlandı

Trampın mal əti ilə bağlı qərarının detalları açıqlandı
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp ölkədə mal ətinin qiymətini aşağı salmaq və istehlakçıları daha münasib qiymətə ətlə təmin etmək məqsədilə idxal kvotasının müvəqqəti artırılması barədə sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, sərəncamda ABŞ-də mal ətinin qiymətinin yüksək olduğu bildirilib.

Qeyd olunub ki, ölkədə mal-qara sayının son 75 ilin ən aşağı səviyyəsinə düşməsi, quraqlıq, meşə yanğınları və parazitlərin yayılması ət tədarükünün azalmasına səbəb olub.

Bundan başqa, Meksikadan canlı mal-qara idxalına tətbiq edilən məhdudiyyətlərin də bazardakı təklifə mənfi təsir göstərdiyi vurğulanıb. Tədarükün azalması fonunda mal ətinə tələbatın artması isə qiymətlərin yüksəlməsinə səbəb olub.

ABŞ istehlakçılarının daha münasib qiymətə mal əti əldə etməsi üçün idxal üzrə tarif kvotasının müvəqqəti olaraq 300 min ton artırılması qərara alınıb.

Əlavə kvota “ilk gələnə ilk xidmət” prinsipi ilə bölüşdürüləcək. 100 min tonluq üç hissəyə bölünən kvota 1 sentyabr, 1 oktyabr və 31 oktyabr tarixlərindən etibarən 30 günlük müddətlər üzrə istifadəyə veriləcək.

Sərəncamda həmçinin bildirilib ki, idxal olunan mal əti mövcud bazar qiymətindən ən azı 25 faiz aşağı qiymətə satılmasa, xarici istehsalçıların əsassız gəlir əldə etməsinin qarşısını almaq məqsədilə kvota artımının qalan hissəsi ləğv edilə bilər.

Qeyd edək ki, Tramp ötən həftə ABŞ-də qiymə ətin qiymətini aşağı salmaq məqsədilə 90 gün ərzində 300 min tona qədər mal ətinin kvotadan kənar gömrük rüsumu tətbiq edilmədən idxalına icazə veriləcəyini açıqlamışdı.

İradə Elsevər

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR