Banqladeş prezidenti istefa verdi

Banqladeş prezidenti istefa verdi
Kateqoriya məlum deyil
T

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu bu gün istefa verib.

Sfera.az bu barədə "Reuters"ə istinadən xəbər verir. Agentliyin məlumatına görə, 76 yaşlı dövlət başçısı artıq qərarı barədə Baş nazir Tariq Rəhmaniyə məlumat verib. Qanuna görə, istefa ərizəsi müalicə aldığı Taylanddan qayıtdıqdan sonra Parlament sədri Hafiz Uddin Əhməd tərəfindən qəbul edilməlidir. Onun cümə günü Dəkkəyə gələcəyi gözlənilir.


Şahabuddin 2023-cü ilin aprel ayından bəri prezident vəzifəsini icra edir. 2024-cü ildə kütləvi tələbə etirazları fonunda Baş nazir Şeyx Hasinanın istefasından sonra ölkənin müvəqqəti hökumətinə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus rəhbərlik edib.


Ötən ilin dekabr ayında Şahabuddin "Reuters" agentliyinə bildirib ki, müvəqqəti hökumətin hərəkətlərindən özünü alçaldılmış hiss etdiyi üçün istefa vermək istəyir.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR