“O an ona həqiqətən aşiq oldum”

“O an ona həqiqətən aşiq oldum”
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış aktrisası Beren Saat həyat yoldaşı, məşhur müğənni Kenan Doğulu ilə münasibətləri barədə səmimi açıqlamalar verib.

Sfera.az xəbər verir ki, Beren Saat və Kenan Doğulu əyləncə dünyasının ən çox diqqətçəkən cütlüklərindən biri hesab olunur. 12 illik xoşbəxt evlilikləri ilə tez-tez nümunə göstərilən cütlük haqqında aktrisanın son etirafı böyük maraq doğurub.

Qeyd edək ki, Beren Saat qatıldığı proqramda Kenan Doğuluya nə vaxt aşiq olduğunu ilk dəfə ətraflı danışıb.

Aktrisa bildirib ki, münasibətlərinin ilk aylarında birlikdə ABŞ-ın Los-Anceles şəhərinə səfər ediblər və həmin günlər onlar üçün unudulmaz olub.

"İndi buna texniki olaraq "sevgi bombalaması" deyirlər. Amma geriyə baxanda düşünürəm ki, həqiqətən də o dövr belə idi. Hər ikimiz bir-birimizə çox aşiq idik", – deyə Beren Saat qeyd edib.

Məşhur aktrisa Kenan Doğulunun onun üçün bəstələdiyi "Aşka Türlü Şeyler" ("Sevgi haqqında müxtəlif şeylər") mahnısının yaranma hekayəsini də bölüşüb. Onun sözlərinə görə, münasibətlərinin ilk aylarında bir gün Doğuluya "Düşünürəm ki, oyun yoldaşımı tapmışam" deyib. Daha sonra həmin ifadə mahnının sözlərində də öz əksini tapıb.

Saat həmin anı belə xatırlayıb: "Bir səhər divanda yatarkən gitara səsinə oyandım. Kenan "Aşka Türlü Şeyler" mahnısını bəstələyirdi. Məhz o an ona həqiqətən aşiq oldum. Çox təsirləndim."

Qeyd edək ki, Beren Saat və Kenan Doğulu 29 iyul 2014-cü ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilən mərasimlə ailə qurublar. Cütlük uzun illərdir Türkiyə şou-biznesinin ən sevilən və ən nümunəvi ailələrindən biri kimi göstərilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR