Ən çox mikrob bu əşyada toplanır

Ən çox mikrob bu əşyada toplanır
Kateqoriya məlum deyil
T

Bir çoxları ən çirkli səthin unitaz oturacağı və ya qapı dəstəyi olduğunu düşünsə də, mikrobioloq Ceyson Tetro bunun doğru olmadığını bildirib.

Sfera.az xəbər verir ki, mütəxəssis "HuffPost" nəşrinə açıqlamasında ən çox mikrobun mağazalardakı ödəniş terminallarının PIN-kod düymələrində toplandığını deyib.

Onun sözlərinə görə, bu düymələrdən hər gün yüzlərlə insan istifadə edir və onların hamısı gigiyena qaydalarına əməl etmir. Nəticədə düymələr müxtəlif virus və bakteriyaların yayılması üçün əlverişli mühitə çevrilir.

"PIN-kodu daxil etmək üçün düymələrə təzyiq göstərmək kifayətdir ki, əlinizə çoxlu sayda mikrob keçsin", – deyə Tetro vurğulayıb.

Mikrobioloq bildirib ki, bu yolla tənəffüs yolu virusları, eləcə də qida zəhərlənməsinə səbəb olan bakteriyalar insandan insana keçə bilər.

Onun sözlərinə görə, mağazalarda ikinci ən riskli əşyalar isə alış-veriş arabaları və səbətlərdir. Çünki onlar da gün ərzində çox sayda insan tərəfindən istifadə olunur və mütəmadi dezinfeksiya edilmədikdə infeksiya mənbəyinə çevrilə bilər.

Mütəxəssislər mağazada alış-veriş etdikdən sonra əllərin yuyulmasını və ya dezinfeksiya edilməsini, xüsusilə də üzə toxunmazdan əvvəl gigiyena qaydalarına əməl olunmasını tövsiyə edirlər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR