Makron təbiət qarşısında aciz qaldı: kömək istəyir

Makron təbiət qarşısında aciz qaldı: kömək istəyir
Kateqoriya məlum deyil
T

Fransada meşə yanğınları sürətlə genişlənməkdə davam edir. Ölkə Prezidenti Emmanuel Makron yanğınların söndürülməsi üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin işə salınmasını istəyib.


Sfera.az xəbər verir ki, Emmanuel Makron sosial şəbəkə hesabında paylaşdığı açıqlamada xüsusilə ölkənin cənub-qərbində yerləşən Jirond (Gironde) departamentində yanğınlarla mübarizənin davam etdiyini bildirib.
Prezident alovların qarşısının alınması üçün gecə-gündüz çalışan yanğınsöndürənlərə və bütün aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edib.

O qeyd edib ki, son günlər minlərlə hektar ərazi yanaraq külə döndüyü üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində beynəlxalq dəstəyə ehtiyac yaranıb.


Makronun sözlərinə görə, bu çərçivədə Xorvatiyadan 2, Portuqaliyadan 2 yanğınsöndürən təyyarə, həmçinin Çexiya və Slovakiyadan iki helikopter Fransaya göndəriləcək. Dövlət başçısı göstərilən həmrəyliyə görə Avropadakı tərəfdaş ölkələrə minnətdarlığını ifadə edib.

Fransanın daxili işlər naziri Loran Nünez isə bildirib ki, ilin əvvəlindən bəri ölkədə baş verən meşə yanğınları nəticəsində artıq 50 min hektardan çox ərazi məhv olub. Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.


Nazir qeyd edib ki, Jirond departamentinin Saumos bölgəsində üç gündür davam edən və mövsümün ən böyük yanğını hesab olunan hadisə zamanı 10 mindən çox hektar ərazi yanıb. Ərazinin relyefi yanğının söndürülməsini çətinləşdirir və alov hələ də tam nəzarət altına alınmayıb.


Bundan başqa, Landes departamentinin Biskarros (Biscarrosse) yaxınlığında baş verən yanğında 2 500 hektar sahə külə çevrilib. Təhlükəsizlik məqsədilə Landesdə 23 min, Jirondda isə 20 min nəfər olmaqla, ümumilikdə 43 min sakin təxliyə edilib. Yanğınların söndürülməsi istiqamətində əməliyyatlar davam edir.

Bəsti Rəfizadə
Sera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR