Tramp Səudiyyə Ərəbistanına yeni şərt qoydu – Nüvə sazişi təhlükə altındadır?

Tramp Səudiyyə Ərəbistanına yeni şərt qoydu – Nüvə sazişi təhlükə altındadır?
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişinin təsdiqlənməsi üçün gözlənilməz yeni şərt irəli sürüb.

Sfera.az xəbər verir ki, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp hətta administrasiyasının danışıqlar qrupunu da təəccübləndirən qərar verərək, Ər-Riyadın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "İbrahim sazişləri"nə (Abraham Accords) qoşulmasını nüvə sazişinin əsas şərti kimi irəli sürüb.

Telekanalın məlumatına əsasən, bu bəyanat administrasiyanın nüvə danışıqları ilə məşğul olan nümayəndələri üçün gözlənilməz olub.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt Trampın mövqeyini təsdiqləyərək bildirib ki, son qərarı həmişə prezident verir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı İsraillə diplomatik münasibətləri normallaşdırmasa, nüvə sazişi baş tutmayacaq.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də "Truth Social" sosial şəbəkəsində paylaşım edərək, ABŞ-nin Səudiyyə Ərəbistanı ilə nüvə sazişini yalnız Ər-Riyadın "İbrahim sazişləri"nə qoşulacağı təqdirdə təsdiqləyəcəyini bildirmişdi.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR