Kerem Bürsin imicini dəyişdi - FOTO

Kerem Bürsin imicini dəyişdi - FOTO
Kateqoriya məlum deyil
T

Məşhur türkiyəli aktyor Kerem Bürsin yeni filmi üçün görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib.

Sfera.az xəbər verir ki, aktyor rejissor Nuri Bilge Ceylanın böyük maraqla gözlənilən “Yorgun Güneş” filmi üçün kamera qarşısına keçib. Filmin çəkilişlərinə iyunun əvvəlində İstanbulda start verilib, daha sonra isə Çanaqqalanın Assos bölgəsində davam edən çəkilişlər də başa çatdırılıb.

Çəkiliş prosesinin yekunlaşmasının ardından film meydançasından yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə Kerem Bürsinin yeni obrazı izləyicilərin diqqətini cəlb edib.

Roluna uyğun olaraq imicini tamamilə dəyişən aktyorun son görünüşünü görən bir çox istifadəçi onu tanımaqda çətinlik çəkdiyini bildirib. Sosial şəbəkələrdə Kerem Bürsinin yeni görünüşü ilə bağlı yüzlərlə şərh paylaşılıb və aktyor qısa müddətdə gündəmin əsas mövzularından birinə çevrilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR