ABŞ-da İran müharibəsinə dəstək azaldı

ABŞ-da İran müharibəsinə dəstək azaldı
Kateqoriya məlum deyil
T

ABŞ-da İranla bağlı hərbi əməliyyatlara ictimai dəstək son dövrlərin ən aşağı səviyyəsinə enib. Reuters və Ipsos tərəfindən keçirilən son sorğuya əsasən, amerikalıların yalnız üçdə biri ABŞ-ın İranla müharibəsini dəstəkləyir. Bu göstərici münaqişənin başladığı vaxtdan bəri qeydə alınan ən aşağı dəstək səviyyəsi hesab olunur.

Sfera.az xəbər verir ki, sorğu iştirakçılarının 69 faizi ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi müdaxilənin məqsədlərini aydın şəkildə izah edə bilmədiyini bildirib.

İyulun 24-26-da keçirilən sorğuya görə, Trampın fəaliyyətini təsdiqləyən amerikalıların sayı ötən ayla müqayisədə 3 faiz artaraq 37 faizə yüksəlib. Lakin İranla bağlı hərbi siyasətə münasibət mənfi olaraq qalır.

Sorğuda iştirak edənlərin fikrincə, ABŞ rəhbərliyi əməliyyatın əsas hədəflərini ictimaiyyətə kifayət qədər aydın çatdırmayıb. Maraqlıdır ki, respublikaçı seçicilərin təxminən 40 faizi də bu fikirlə razıdır.

Tramp daha əvvəl İranın nüvə imkanlarının qarşısının alınması, raket proqramının zəiflədilməsi və ölkədəki müxalif qüvvələrə dəstək verilməsi kimi məqsədlər açıqlayıb. İran rəhbərliyi isə nüvə silahı hazırlamaqla bağlı ittihamları dəfələrlə rədd edib.

Mütəxəssislər hesab edir ki, müharibəyə qarşı artan narazılıq noyabr ayında keçiriləcək ara seçkilər öncəsi Tramp və Respublikaçılar Partiyası üçün əlavə siyasi təzyiq yarada bilər.

Reuters və Ipsos-un keçirdiyi sorğuda ABŞ üzrə 1246 yetkin şəxs iştirak edib. Araşdırmanın xəta payının təxminən 3 faiz olduğu açıqlanıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR