İran Omanın təklifini rədd etdi

İran Omanın təklifini rədd etdi
Kateqoriya məlum deyil
T

İran Hörmüz boğazına nəzarətin bərabər bölüşdürülməsi ilə bağlı Omanın təklifini qəbul etməyib.

Sfera.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, Omanın irəli sürdüyü müvəqqəti plana əsasən, Hörmüz boğazına nəzarət tərəflər arasında bərabər şəkildə bölüşdürülməli idi. Lakin Tehran dünya neft tədarükü üçün strateji əhəmiyyət daşıyan bu su yolunun böyük hissəsinin öz nəzarətində olmasını tələb edib.

Nəşrin yazdığına görə, bu mövqe İran ilə ABŞ arasında münaqişənin dayandırılması üzrə danışıqların tezliklə bərpa olunacağına dair ümidləri də təhlükə altına salıb.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Oman İranın boğazın böyük hissəsinə nəzarət etməsi ilə bağlı təklifini dəstəkləməyəcəyi təqdirdə, Tehran Vaşinqtonla danışıqların növbəti mərhələsinə razılıq verməyəcək.

Onun sözlərinə görə, Omanın təqdim etdiyi plan İranın təhlükəsizlik narahatlıqlarını aradan qaldırmır.

“Boğaza giriş dəniz dəhlizi tam şəkildə İranın nəzarətində olmalıdır. Çıxış dəhlizinin bir hissəsi isə Omanın nəzarətində qala bilər. Bu təklif qəbul olunarsa, danışıqların növbəti mərhələsinə keçəcəyik”,- nazir müavini vurğulayıb.

Qaribabadinin sözlərinə görə, Oman bu təklifi rədd edərsə, Hörmüz boğazı bağlı qalacaq.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR