“Xiaomi” sevənlərə şad xəbər

“Xiaomi” sevənlərə şad xəbər
Kateqoriya məlum deyil
T

“Xiaomi”-nin Çində təqdim etdiyi və qlobal bazara çıxmağa hazırlaşdığı “Redmi Note 17” seriyasının Avropa satış qiymətləri açıqlanıb.

Sfera.az xəbər verir ki, şirkətin yeni smartfon seriyası ilə bağlı sızan məlumatlara görə, “Redmi Note 17”modellərinin Avropa bazarında hansı qiymətlərlə satışa çıxacağı artıq bəlli olub.

Seriyanın əsas modeli avqustun 6-da Hindistanda satışa təqdim ediləcək. Bununla yanaşı, Avropa bazarı üçün nəzərdə tutulan avro qiymətləri də diqqətçəkib.

Məlumata əsasən, “Redmi Note 17” 4G modelinin 4 GB RAM və 128 GB yaddaşa sahib versiyası təxminən 483 manata, 6 GB RAM və 256 GB yaddaşlı modeli isə təxminən 580 manata təklif olunacaq.

Seriyanın 6 GB RAM və 256 GB yaddaşa malik “Redmi Note 17” 5G modeli təxminən 773 manat, “Redmi Note 17 Pro” 5G modeli 966 manat, 8 GB RAM-lı “Redmi Note 17 Pro Max” 5G modeli isə təxminən 1 160 manat qiymət etiketi ilə satışa çıxacaq.

Məlumata görə, qlobal versiyada 108 meqapiksellik əsas kamera yer alacaq. Smartfonların qara, mavi və bənövşəyi rəng seçimləri ilə təqdim ediləcəyi gözlənilir.

Çin bazarında təqdim olunan iki modellə müqayisədə qlobal bazarda daha geniş “Redmi Note 17” seriyasının satışa çıxarılacağı bildirilir. Şirkətin bütün texniki xüsusiyyətləri və rəsmi qiymətləri yaxın həftələrdə keçiriləcək təqdimat tədbirində açıqlaması gözlənilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR