ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları dəstəklədi

ABŞ Senatı Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin növbəti mərhələyə keçidini təsdiqləyib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, prosedur səsverməsində qanun layihəsinin lehinə 82 senator, əleyhinə isə 12 senator səs verib.
Amerika mətbuatı qeyd edir ki, bu nəticə qanun layihəsinin yekun səsvermədə də rahat şəkildə qəbul olunacağına işarə edir. Bununla belə, yekun səsvermənin nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib. Onun gələn həftə baş tutacağı istisna edilmir.
Qeyd edək ki, Senat avqustun 10-dan etibarən sentyabr ayınadək yay fasiləsinə çıxacaq. Hazırda yay tətilində olan Nümayəndələr Palatası isə qanun layihəsinə yalnız sentyabr ayında baxa biləcək.
Məlumata görə, Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin hazırlanmasında əsas rol mərhum respublikaçı senator Lindsey Qraham oynayıb. Onun vida mərasimi Vaşinqtonda səsvermədən bir neçə saat əvvəl keçirilib.
Firuzə Əliyeva






