Trampdan İran açıqlaması: “Hazırda çox güclü mövqedəyik”

Trampdan İran açıqlaması: “Hazırda çox güclü mövqedəyik”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son açıqlamasında ölkəsinə qarşı güclü mövqedə olduqlarını bildirib. O, İranla razılaşma əldə etməyin ölkənin qalan hissəsini məhv etməkdən daha yaxşı olduğunu vurğulayıb.

Sfera.az xəbər verir ki, ABŞ və İran arasında imzalanan anlaşma memorandumundan sonra bölgədə azalan gərginlik ABŞ ordusunun iyulun 8-də həyata keçirdiyi hücumlarla yenidən artıb.

ABŞ-ın hücumlarına cavab olaraq İran Körfəz bölgəsində yerləşən hərbi bazalara zərbələr endirib. Qarşılıqlı hücumlar Yaxın Şərqdə yeni müharibə narahatlıqlarını artırarkən, ABŞ Prezidenti Donald Trampdan diqqətçəkən açıqlama gəlib.

Donald Trampın İranla bağlı yeni hücumların həyata keçirilməməsi barədə göstəriş verdiyi iddia olunub. Bunun ardınca İran tərəfi də ABŞ-a qarşı əməliyyatların dayandırıldığını açıqlayıb.

“Fox News” kanalına müsahibə verən Tramp İranla bağlı son vəziyyəti dəyərləndirib. O bildirib ki, enerji stansiyalarına və körpülərə hücum etmək istəmir.

“Hazırda İrana qarşı çox güclü mövqedəyik. İranla razılaşmaya gəlmək, ölkənin qalan hissəsini məhv etməkdən daha yaxşıdır”, – deyə Tramp bildirib.

ABŞ lideri strateji infrastrukturları hədəfə almaq niyyətinin olmadığını da qeyd edib. O, İsrail Baş naziri Benyamin Netanyahunun müharibəni davam etdirmək istədiyini deyərək, “İranın artıq razılaşmaları pozmasına icazə verə bilmərik” ifadələrini işlədib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR