Rusiyada əcnəbilərə verilən iş icazələrinin sayı rekord həddə çatıb
2026-cı ilin ilk altı ayında Rusiyada əcnəbi vətəndaşlara 147 min iş icazəsi verilib. Bu, ölkədə indiyədək qeydə alınan ən yüksək göstəricidir. Sfera.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb. Məlumata görə, bu il Rusiyaya Çindən, Hindistandan və İndoneziyadan işçi cəlb edilməsi ötən illə müqayisədə təxminən 1,5 dəfə artıb. Eyni zamanda, Türkiyə və Vyetnam vətəndaşlarına tələbat azalıb və bu ölkələrdən işçi dəvətləri əvvəlki dövrlə müqayisədə aşağı düşüb. Bununla yanaşı,