Finlandiya Rusiya ilə sərhəddəki keçidləri bağladı

Finlandiya Rusiya ilə sərhəddəki keçidləri bağladı
Kateqoriya məlum deyil
T

Finlandiya Rusiya ilə sərhəddə yerləşən sərhəd hasarındakı ov qapılarını müvəqqəti bağlayıb.

Sfera.az xəbər verir ki, bu qərar ölkənin cənubunda Afrika donuz taununun (ADT) aşkar edilməsindən sonra qəbul olunub.

Məlumata görə, xəstəlik Finlandiyanın Kymenlaakso bölgəsinin Virolahti ərazisində vəhşi qaban balalarında qeydə alınıb. Finlandiya rəsmiləri virusun Rusiyadan keçmiş ola biləcəyini ehtimal etsələr də, bunun hələlik təsdiqlənmədiyini bildiriblər.

Finlandiyanın Qida Agentliyi sərhəd xidmətindən ov üçün nəzərdə tutulmuş keçidlərin növbəti göstərişədək bağlanmasını istəyib. Bununla yanaşı, xəstəliyin yayıldığı ərazilərdə ovçuluq, meşə təsərrüfatı işləri və itlərin sərbəst gəzdirilməsi qadağan edilib.

Bundan əlavə, Afrika donuz taunundan tələf olmuş qaban balalarının tapıldığı ərazidən 3 kilometr radiusda giləmeyvə və göbələk yığılması da müvəqqəti qadağan olunub.

Rəsmilər bildirirlər ki, tətbiq olunan məhdudiyyətlər virusun daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR