Ukrayna ilk dəfə Aİ-nin Mülki Müdafiə Mexanizminə donor ölkə kimi qoşuldu

Ukrayna ilk dəfə olaraq Avropa İttifaqının Mülki Müdafiə Mexanizminə yardım göstərən donor ölkə qismində qoşulub.
Sfera.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, 70 ukraynalı yanğınsöndürəndən ibarət qrup artıq Fransaya yollanıb. Onlar ölkədə genişmiqyaslı meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak edəcəklər.
Ursula fon der Lyayen qeyd edib ki, Rusiya ilə davam edən müharibəyə baxmayaraq, Ukrayna Avropa ölkələrinə dəstəyini davam etdirir və insanların həyatının xilas edilməsinə töhfə verir.
"Bu, əsl Avropa həmrəyliyidir. Ukrayna hər gün sübut edir ki, onun yeri bizim Birliyimizdədir", – deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az






