"Narıncı" təhlükə səviyyəsi elan edildi - Moskvanı güclü istilər bürüdü

"Narıncı" təhlükə səviyyəsi elan edildi - Moskvanı güclü istilər bürüdü
Kateqoriya məlum deyil
T

Moskva və Moskva vilayətində müşahidə olunan kəskin istilərlə əlaqədar hava şəraiti üçün "narıncı" təhlükə səviyyəsi elan edilib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, xəbərdarlıq avqustun 1-i və 2-də gözlənilən yüksək temperatur fonunda verilib. Sinoptiklərin məlumatına görə, isti hava kütlələri qərbdən daxil olan antisiklonun təsiri nəticəsində paytaxt regionuna yayılıb.

Proqnoza əsasən, şənbə günü Moskvada havanın temperaturu +30°C, bazar günü isə +31°C-yə qədər yüksələcək.

"Narıncı" təhlükə səviyyəsinin bazar günü Moskva vaxtı ilə saat 16:00-dək qüvvədə qalacağı bildirilib.

Meteoroloqlar qeyd edirlər ki, bu təhlükə səviyyəsi təhlükəli hava hadisələrinin başvermə ehtimalının yüksək olduğunu göstərir. Belə şərait nəqliyyatın fəaliyyətinə, infrastrukturun işinə və insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR