Repçi Elşad Xose vəfat edib? - İDDİA

Repçi Elşad Xose vəfat edib? - İDDİA
Kateqoriya məlum deyil
T

Son saatlarda sosial şəbəkələrdə repçi Elşad Xosenin vəfat etməsi ilə bağlı paylaşımlar yayılıb.

Sfera.az xəbər verir ki, hazırda sənətçinin vəfat etdiyini təsdiqləyən hər hansı rəsmi açıqlama verilməyib.

Sosial şəbəkələrdə yayılan iddialar geniş müzakirə olunsa da, məlumatın doğruluğu hələlik təsdiqini tapmayıb.

Məlumata görə, sənətçinin yaxınları və tanışları ilə əlaqə saxlanılsa da, onun ölümü ilə bağlı rəsmi təsdiq əldə olunmayıb.

Xatırladaq ki, bundan əvvəl də Elşad Xosenin səhhətində problemlər yarandığı və xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yayılmışdı. Həmin vaxt Səhiyyə Nazirliyi şəxsin sağlamlıq vəziyyətinin tibbi sirr olduğunu bildirərək bununla bağlı hər hansı məlumat açıqlamamışdı.

Hazırda sosial şəbəkələrdə yayılan iddialarla bağlı rəsmi qurumların və sənətçinin yaxınlarının açıqlaması gözlənilir.

Sfera.az məsələni diqqətdə saxlayır. Rəsmi təsdiqlənmiş məlumat olduğu təqdirdə xəbər yenilənəcək.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR