Keçəl olan şəxslərin NƏZƏRİNƏ!

Ənənəvi Çin təbabətində min ildən artıqdır istifadə olunan Boğumluca otu (He Shou Wu) kökünün saç tökülməsini azaltmaqla yanaşı, saç follikullarının yenilənməsini dəstəkləyə biləcəyi müəyyən edilib.
Sfera.az xəbər verir ki, bu barədə aparılan yeni elmi araşdırmada bildirilib.
Mütəxəssislərin sözlərinə görə, kişi tipli keçəllik (androgenetik alopesiya) saç follikullarının kiçilməsinə səbəb olur, nəticədə saçlar nazikləşir və yeni saçların çıxması ləngiyir. Hazırda istifadə olunan finasterid və minoksidil kimi preparatlar bəzi hallarda təsirli olsa da yan təsirlərə görə hər kəs üçün uyğun hesab edilmir.
Araşdırma göstərib ki, Boğumluca otunun qurudulmuş kökü saç tökülməsində mühüm rol oynayan dihidrotestosteron (DHT) hormonunun təsirini zəiflədə, saç follikullarını qoruya, baş dərisində qan dövranını yaxşılaşdıra və hüceyrələrin yenilənməsini stimullaşdıra bilər.
Tədqiqatın müəlliflərindən Han Bixian bildirib ki, tarixi mənbələrdə qeyd olunan təsirlər müasir elmi araşdırmalarla da təsdiqlənir.
Laboratoriya tədqiqatları klinik hesabatlar və tarixi mənbələrin təhlili Boğumluca otunun təkcə mövcud saçları qorumağa deyil, həm də yeni saçların çıxmasını dəstəkləyə biləcəyini göstərib. Bununla belə, alimlər bu nəticələrin tam təsdiqlənməsi üçün daha genişmiqyaslı klinik araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
Mənsumə






