Dünyanın açılmayan qapıları: Arxasında hansı sirrlər gizlənir?

Dünyanın açılmayan qapıları: Arxasında hansı sirrlər gizlənir?
Kateqoriya məlum deyil
T

Bəzi qapılar sadəcə kilidlənmir - onlar qorxu, inanclar və əsrlərdir cavabsız qalan sirlərlə möhürlənir. Dünyanın müxtəlif yerlərində elə girişlər var ki, onlara toxunmağa belə cəsarət edilmir. Bəzilərinin dini ayinlərlə qorunduğu, digərlərinin isə təhlükəli hesab edildiyi iddia olunur.

Sfera.az xəbər verir ki, bu sirli məkanlardan biri Hindistanda yerləşən qədim məbədin açılmayan qapısıdır. Rəvayətlərə görə, həmin qapının yalnız xüsusi dini ayin vasitəsilə açılması mümkündür və onu zorla açmağa cəhd etmək fəlakətlə nəticələnə bilər.

Yaponiyada uzun illərdir tərk edilmiş villalardan birində isə qara ayinlərlə əlaqələndirilən gizli otağın olduğu barədə şayiələr dolaşır. Bu səbəbdən bina illərdir toxunulmaz vəziyyətdə qalıb.

Sirli məkanlar siyahısına Misirdəki Böyük Sfinksin arxa hissəsində yerləşdiyi iddia olunan möhürlənmiş keçid, Hindistandakı Tac Mahalın altındakı bağlı otaqlar və Vatikanda ictimaiyyətə təqdim olunmayan sənədlərin saxlanıldığı gücləndirilmiş qapılar da daxil edilir.

Bu qapıları maraqlı edən yalnız onların arxasında nə ola biləcəyi deyil. Əsas sual budur: niyə bəşəriyyət onları açmağa tələsmir?

Tarixçilər bildirirlər ki, belə məkanların bir qismi təhlükəsizlik, dini ənənələr və ya tarixi irsin qorunması məqsədilə bağlı saxlanılır. Digər hissəsi isə daha çox əfsanələr, xalq inancları və müxtəlif sui-qəsd nəzəriyyələri ilə əlaqələndirilir.

Texnologiyanın sürətlə inkişaf etdiyi, kosmosun və okeanların araşdırıldığı bir dövrdə belə, dünyanın bəzi qapıları hələ də açılmayıb. Onların arxasında həqiqətən sirr gizlənib-gizlənmədiyi bilinməsə də, məhz bu naməlumluq həmin məkanları dünyanın ən müəmmalı yerlərindən birinə çevirir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR