ABŞ-dən vətəndaşlarına təcili XƏBƏRDARLIQ

ABŞ-nin Yaxın Şərqdəki səfirlikləri bölgədə yaşayan və səfərdə olan Amerika vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edərək, mümkün təxliyəyə hazır olmalarını tövsiyə edib.
Sfera.az xəbər verir ki, ABŞ-nin Qüdsdəki səfirliyi və Yaxın Şərqin digər ölkələrində fəaliyyət göstərən diplomatik nümayəndəlikləri bölgədə gərginliyin artması fonunda vətəndaşlarına müraciət yayıblar.
Bəyanatda qeyd olunub ki, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və İranla bağlı qarşıdurmanın gözlənilmədən daha da kəskinləşməsi ehtimalı mövcuddur.
ABŞ diplomatik nümayəndəlikləri bildiriblər ki, İranın son addımları regionda vəziyyətin qeyri-sabit olduğunu göstərir. Müraciətdə İranın əvvəlcədən xəbərdarlıq etmədən müxtəlif ərazilərə zərbələr endirdiyi və hücumların əvvəllər hədəf seçilməyən ölkələri, o cümlədən Misiri də əhatə etdiyi vurğulanıb.
Səfirliklər Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına bölgəni tərk etmə imkanlarını nəzərdən keçirməyi və mümkün eskalasiya halında dərhal çıxış üçün hazır olmağı tövsiyə ediblər.
Eyni zamanda, Yaxın Şərqdən kənarda yaşayan Amerika vətəndaşlarına da regiona və ya region üzərindən planlaşdırılan səfərləri yenidən qiymətləndirmək çağırışı edilib.
Firuzə Əliyeva
Sfera.az






