Rusiyada əcnəbilərə verilən iş icazələrinin sayı rekord həddə çatıb

Rusiyada əcnəbilərə verilən iş icazələrinin sayı rekord həddə çatıb
Kateqoriya məlum deyil
T

2026-cı ilin ilk altı ayında Rusiyada əcnəbi vətəndaşlara 147 min iş icazəsi verilib. Bu, ölkədə indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Sfera.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Məlumata görə, bu il Rusiyaya Çindən, Hindistandan və İndoneziyadan işçi cəlb edilməsi ötən illə müqayisədə təxminən 1,5 dəfə artıb. Eyni zamanda, Türkiyə və Vyetnam vətəndaşlarına tələbat azalıb və bu ölkələrdən işçi dəvətləri əvvəlki dövrlə müqayisədə aşağı düşüb.

Bununla yanaşı, Rusiya hakimiyyəti miqrasiya nəzarəti sahəsində yeni qaydalar hazırlayır. Bildirilir ki, Daxili İşlər Nazirliyi dekabr ayınadək "Gosusluqi" portalı vasitəsilə əcnəbilər üçün məcburi elektron qeydiyyat sisteminin tətbiqini təklif edəcək.

Yeni qaydalara əsasən, kağız miqrasiya kartlarından imtina olunması və bütün qeydiyyat prosesinin elektron formata keçirilməsi nəzərdə tutulur.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR