Avropa
Avropa Komissiyası Ukraynaya 4,36 milyard avro maliyyə yardımı ayırıb
Avropa Komissiyası Ukraynaya müdafiə ehtiyaclarının və dövlət xidmətlərinin maliyyələşdirilməsi üçün 4,36 milyard avro vəsait köçürüb. Sfera.az xəbər verir ki, maliyyə yardımı 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq dəstək proqramı çərçivəsində ayrılıb. Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibəsi davam edən Ukraynaya maliyyə və hərbi dəstəyini davam etdirir. Avropa Komissiyasının açıqlamasında bildirilib ki, ayrılan vəsait Ukraynanın maliyyə ehtiyaclarının qarşılanmasına, dövlət
Dünya05.11.2026 17:00
Avropa BYD-yə məhdudiyyət tətbiq edəcək - SƏBƏB
Avropa Parlamentinin (AP) bəzi üzvləri təhlükəsizlik risklərini əsas gətirərək, Çinin avtomobil istehsalçısı BYD-nin dövlət satınalmalarından kənarlaşdırılmasını, eləcə də bu şirkətin nəqliyyat vasitələrinin hərbi obyektlərə və həssas bölgələrə girişinin məhdudlaşdırılmasını tələb ediblər. Sfera.az xəbər verir ki, AP-nin fransalı üzvü Fransua Kalfon (Francois Kalfon) öz şəxsi internet saytında Çin şirkətlərinin istehsal etdiyi "ağıllı" (şəbəkəyə qoşulan) avtomobillərin yarada biləcəyi casusluq
Dünya05.11.2026 15:39
Gürcüstan Avropadan uzaqlaşır - Rusiyadan asılılıq artacaq
Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında münasibətlərdə gərginlik dərinləşir. Avropa Komissiyasının 2026-cı il genişlənmə hesabatında Gürcüstanın Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı bildirilib. Sənəddə ölkədə demokratik institutların fəaliyyəti, hüququn aliliyi və fundamental azadlıqlarla bağlı ciddi problemlərə diqqət çəkilib. Aİ-nin irəli sürdüyü şərtlərin yerinə yetirilməməsi Gürcüstanın Avropaya inteqrasiya perspektivlərini zəiflədərək Tbilisinin xarici siyasət kursu
Region05.11.2026 15:04
“Como”nun qələbəsi Avropa mediasının gündəmində
UEFA Çempionlar Liqasının IV turunda İtaliyanın “Como” klubu səfərdə Fransanın “Lens” komandasını 9:1 hesabı ilə darmadağın edib. Görüşün nəticəsi Avropa mediasında geniş müzakirələrə səbəb olub. İtaliya təmsilçisinin tarixi qələbəsi yüksək qiymətləndirildiyi halda, “Lens”in ağır məğlubiyyəti Fransa mediası tərəfindən sərt tənqid edilib. Sfera.az xəbər verir ki, baş məşqçi Sesk Fabreqasın rəhbərlik etdiyi “Como” Fransada baş tutan qarşılaşmada rəqibinə heç bir şans verməyib. Görüşdən sonra
İdman05.11.2026 13:32
İran raketlərini Avropaya yönəldib?
İran raketlərinin Avropa və Ukrayna istiqamətində hərəkət trayektoriyalarını əks etdirdiyi iddia olunan görüntü sosial şəbəkələrdə yayılıb. Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi görüntünün saxta olduğunu açıqlayıb. Sfera.az xəbər verir ki, görüntünün İranın IRINN telekanalının efiri zamanı çəkildiyi iddia olunur. Yayılan xəritədə Ukraynanın Kiyev, Lvov və Odessa şəhərləri, eləcə də Polşanın Jeşuv yaşayış məntəqəsi ehtimal olunan hədəflər kimi göstərilib. Lvov şəhərinin yaxınlığında
Region05.11.2026 08:30
İnflyasiya son 3 ilin ən yüksək həddinə çatdı: Qiymətlər artır
Avrozonada illik inflyasiya oktyabr ayında 4 faizə yüksələrək son üç ildən artıq müddətin ən yüksək səviyyəsinə çatıb. Bahalaşmanın əsas səbəbi enerji qiymətlərinin kəskin artmasıdır. İtaliyada inflyasiya daha sürətlə yüksəldiyi halda, Almaniyada əks tendensiya qeydə alınıb. Sfera.az xəbər verir ki, “Euronews”un məlumatına görə, Avropa Statistika İdarəsinin (Eurostat) ilkin hesablamalarına əsasən, sentyabrda 3,8 faiz olan illik inflyasiya oktyabrda 4 faizə çatıb. Bu göstərici iqtisadçıların
İqtisadiyyat04.11.2026 19:31
Avropa İttifaqından ÇAĞIRIŞ: 72 saat ərzində...
Avropa Komissiyası artan böhran və fəlakət risklərinə qarşı vətəndaşların hazırlıq səviyyəsini gücləndirmək məqsədilə yeni təlimatlar dərc edib. Yeni qaydalara əsasən, vətəndaşların fövqəladə halların ilk 72 saatı ərzində öz əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilmələri nəzərdə tutulub. Sfera.az x əbər verir ki, Avropa İttifaqı (Aİ) Avropa üzrə artan böhran və fəlakət risklərinə qarşı hazırlıq imkanlarını gücləndirmək üçün yeni addımlar atır. Avropa Komissiyası fövqəladə hallar zamanı
Media04.11.2026 16:48
Ermənistanın Aİ-yə üzvlüyü hansı mərhələlərdən keçməlidir? - Politoloqdan RƏY
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivi yenidən gündəmə gəlib. Baş nazir Nikol Paşinyan Brüsseldə keçirilən “Avropanın gələcəyi” sammitində ölkəsinin gələn il Aİ-yə üzvlük üçün rəsmi müraciət edə biləcəyini açıqlayıb. Lakin bu proses təkcə siyasi qərardan asılı deyil. Namizəd statusunun alınması, genişmiqyaslı islahatların həyata keçirilməsi və üzv dövlətlərin razılığının əldə olunması uzunmüddətli proses tələb edir. Bəs Ermənistanın Aİ-yə üzvlüyü hansı mərhələlərdən keçməlidir?
Media04.11.2026 15:33
Avropa qaz anbarları boşalır
Avropa İttifaqının (Aİ) qaz anbarlarında ehtiyatlar 2026/2027-ci illərin istilik mövsümünə 2013-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu, regionun qaz təchizatında fasilələrə qarşı dayanıqlıq imkanlarını məhdudlaşdırır və qış aylarında qiymət dəyişkənliyini artıra bilər. Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) “Global Gas Security Review 2026” hesabatında bildirilib. Agentliyin qiymətləndirməsinə görə, Avropanın qaz anbarlarında ehtiyatların aşağı səviyyədə
İqtisadiyyat03.11.2026 14:17
ABŞ və Rusiyanın gizli qaz sövdələşməsi: Avropa razı deyil
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa etmək istəyir. Sfera.az xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal”ın (WSJ) çıxış edib. Jurnalda ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən dərc edilən bir məqaləyə görə, bu ideya sentyabr ayında Moskva və Kiyevə edilən səfərlər zamanı ABŞ təmsilçiləri Cared Kuşner (Jared Kushner) və Stiv Vitkoff (Steve Witkoff) tərəfindən gündəmə gətirilib. Plan Avropadakı məhdudiyyətlərdən yan keçmək üçün Rusiya qazının ABŞ-dən olan bir vasitəçi
Dünya02.11.2026 12:59
Putin müharibə haqqında: “Heç kim qalib olmayacaq”
Rusiya Prezidenti Vladimir Putin Avropa ilə müharibə istəmədiklərini, lakin mümkün hərbi qarşıdurmaya hazır olduqlarını bildirib. Sfera.az xəbər verir ki, Putin bu barədə Moskvada Rusiya-Afrika Zirvəsindən sonra Burundi Prezidenti Evariste Ndayişimiye ilə birgə mətbuat konfransında danışıb. Avropa ölkələrinin 2030-cu ilədək Rusiya ilə müharibəyə hazırlaşması ilə bağlı açıqlamaları şərh edən Putin deyib: “Biz buna hazırıq. Lakin Avropa ilə müharibə istəmirik. Əgər bunu istəyən varsa,
Region30.10.2026 14:42
Qaz böhranı dərinləşir: Qiymətlər üçqat artdı
Avropada təbii qazın qiyməti 2026-cı ildə kəskin yüksəlib, qaz anbarlarındakı ehtiyatlar isə son illərin ən aşağı səviyyəsinə düşüb. Analitiklər xəbərdarlıq edirlər ki, qışın sonunadək qaz istehlakının azaldılması zərurəti yarana bilər. Soyuq hava və külək enerjisinin istehsalındakı dəyişikliklər böhranın miqyasına təsir göstərəcək. Sfera.az xəbər verir ki, “Euronews”un məlumatına görə, Avropanın əsas qaz qiymət göstəricisi hesab edilən Niderlandın TTF müqaviləsinin qiyməti yanvarın əvvəlində
İqtisadiyyat27.10.2026 22:08
Dünya yeni pandemiyaya hazırlaşır: ÜST-dən XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcək pandemiya təhlükələrini vaxtında müəyyənləşdirmək üçün erkən xəbərdarlıq sistemi hazırlayıb. Tübingen Universitetinin tropik təbabət üzrə mütəxəssisi, professor Karsten Köler “Euronews”a müsahibəsində sistemin iş prinsipləri və əhəmiyyəti barədə danışıb. Almaniyada meşədən giləmeyvə və ya göbələk yığanların çoxu tülkü lent qurduna yoluxma təhlükəsi barədə xəbərdardır. Narahatlığın səbəbi parazitin yumurtalarının meyvə və göbələklərin üzərinə düşə
Sağlıq27.10.2026 21:09
Avropada qazın qiyməti 1100 dolları ötdü
Avropada noyabr ayı üzrə qaz fyuçerslərinin qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə 1 000 kubmetr üçün 1100 dolları ötüb. Sfera.az xəbər verir ki, bu barədə Londonun ICE birjası məlumat yayıb. Niderlandda yerləşən TTF qaz habında noyabr ayı üzrə fyuçerslərin qiyməti 1000 kubmetr üçün təxminən 1111 dollara yüksəlib. Bu, 1 meqavat-saat üçün 95,86 avroya bərabərdir. Bəsti Rəfizadə Sfera.az
İqtisadiyyat26.10.2026 10:30
Bakıda uşaq və xanım idmançıların karate seminarı keçirildi - FOTOLAR
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Karate (WKF) üzrə Avropa çempionu Mədinə Sadıqovanın iştirakı ilə xanım idmançılar üçün seminar keçirilib. Sfera.az xəbər verir ki, seminarda yeniyetmə, gənc və böyüklər yaş qruplarını təmsil edən 200-dən çox xanım karateçi iştirak edib. Seminarın açılış mərasimində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, Federasiyanın İdarə Heyətinin üzvləri, media nümayəndələri və idman ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
İdman25.10.2026 18:26
Fransanın borc yükü artır - Avropa narahatdır
Fransada dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi ölkənin borc yükü və büdcə kəsiri ilə bağlı narahatlıqları artırıb. Dövlət borcunun ÜDM-ə nisbətinin təxminən 119 faizə çatması və siyasi qeyri-sabitlik investorların etimadına təsir göstərir. Borclanma xərclərinin artması isə həm Fransa iqtisadiyyatı, həm də digər Avropa ölkələri üçün əlavə risklər yaradır. Bəs bu proses Avropa dövlətləri üçün hansı riskləri yarada bilər? İqtisadçı Asif İbrahimov Sfera.az -a açıqlamasında bildirib ki,
İqtisadiyyat23.10.2026 17:07
Avropa Putinlə danışıq üçün namizəd axtarır: Kim olacaq?
Avropa İttifaqında (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq üçün xüsusi nümayəndənin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur. Çexiya Prezidenti Petr Pavel Aİ ölkələrinin Rusiya ilə dialoq aparmaq üçün vahid nümayəndə və ya səlahiyyətli nümayəndələr qrupu müəyyənləşdirməli olduğunu bildirib. Avropalı diplomatlardan biri qeyd edib ki, danışıqlarda ayrı-ayrı şəxslərin eyni vaxtda Aİ adından çıxış etməsi səmərəli deyil. “Biz hər biri Avropa İttifaqı adından danışan
Siyasət22.10.2026 13:00
Paşinyan: “Mövqeyim dəyişməyib, yaşayarıq, görərik”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə münasibətləri və Avropa İttifaqına inteqrasiyası ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib. Sfera.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bunu oktyabrın 22-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin nümayəndələrinin son açıqlamalarını şərh edərkən deyib. Baş nazirin sözlərinə görə, hökumətin əsas məqsədi Ermənistanın sabit inkişafını
Region22.10.2026 12:46
Avropanın ən yaxşı restoranları açıqlandı – SİYAHI
“The 50 Best Restaurants 2026” reytinqinin genişləndirilmiş siyahısında Avropanın 20 restoranı yer alıb. Sfera.az xəbər verir ki, 51-100-cü yerləri əhatə edən siyahıda 11 Avropa ölkəsinin restoranları təmsil olunub. Reytinq beynəlxalq aşpazlar, qida sahəsi üzrə yazarlar və kulinariya mütəxəssisləri də daxil olmaqla, 1 100-dən çox ekspertin səsverməsi əsasında hazırlanıb. Siyahıya altı qitədən 36 şəhərin restoranları daxil edilib. Avropa 20 restoranla ən çox təmsil olunan region olub. Asiyadan
Maraqlı21.10.2026 19:12
13 milyard dollarlıq asılılıq – Ermənistan bu halda çox şey itirəcək
Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmaqla yanaşı, Avropa İttifaqı ilə də yaxın münasibətlər qurmağa çalışır. Rəsmi İrəvanın bu niyyətini anlayan Rusiya Ermənistana bir neçə dəfə xəbərdarlıq edib. Rəsmi Moskva bildirir ki, Ermənistan ya Aİİ ilə, ya da Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməlidir. Rusiyanın mövqeyi belədir ki, əgər Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirsə, Aİİ-nin üzvlüyündən azad ediləcək və bu halda Ermənistan iqtisadiyyatı böyük zərər görəcək.
Media21.10.2026 16:51
Avropadakı etirazlar Azərbaycana təsir edəcək - PROQNOZ
Son günlər Avropa ölkələrində kütləvi etiraz dalğası müzakirə olunur. Belə ki, İtaliyanın cənubunda yük maşını sürücülərinin yanacağın bahalaşmasına və yaşayış xərclərinə etiraz olaraq keçirdikləri aksiyalar ərzaq istehsalı və daşınmasında problemlərə səbəb olub. Yol və logistika məhdudiyyətləri nəticəsində bəzi makaron istehsalçıları xammal çatışmazlığı ilə üzləşib, mağazalara ərzaq tədarükündə fasilələr yaranıb. Fransada isə etirazlar fonunda maliyyə bazarlarında da dalğalanmalar müşahidə
İqtisadiyyat21.10.2026 13:35
ABŞ-nin üçtərəfli görüş təklifi: Bu variant münaqişəni dayandıracaq?
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Prezident Vladimir Putinlə keçirəcəyi görüşdə Ukrayna-Rusiya münaqişəsinin həlli üçün üçtərəfli danışıqların keçirilməsini təklif edəcək. Onun təklifinə əsasən, ABŞ və Rusiya arasında danışıqlara Ukrayna da qoşulmalıdır. ABŞ hesab edir ki, üçtərəfli görüş münaqişənin həllinə kömək edəcək. Hazırda Moskva ilə Kiyev arasında ərazi məsələsinə görə kəskin fikir ayrılıqları var. Eləcə də Avropa Ukraynaya güzəştə
Dünya21.10.2026 13:13
Rusiya Avropanı oyundankənar qoymağa çalışır - Sülh danışıqlarının PƏRDƏARXASI
Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri beynəlxalq siyasətdə diqqətçəkən və geniş müzakirə olunan əsas məqamlardan biri Moskvanın diplomatik təmaslarda seçdiyi strategiyadır. Müharibənin gedişatında, xüsusilə də mümkün sülh şərtləri və geosiyasi gələcəklə bağlı danışıqlarda Rusiyanın, demək olar ki, yalnız Amerika Birləşmiş Ştatları ilə birbaşa və ya dolayısı ilə dialoq qurmağa üstünlük verdiyi müşahid olunub. Bunun əksinə olaraq, müharibənin bilavasitə baş verdiyi Avropa qitəsinin
Siyasət20.10.2026 14:00
Rusiya idmançılarına qarşı sanksiya tətbiq olunacaq, viza verilməyəcək - İDDİA
Avropa İttifaqında (Aİ) rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirak imkanlarının məhdudlaşdırılması və onlara qarşı sanksiyaların tətbiqi məsələsi müzakirə olunur. Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Məlumata görə, müzakirələr Avropa Xarici Fəaliyyət Xidmətində aparılır. Təkliflər arasında rusiyalı idmançıların yarışlara qaytarılmasına razılıq verən idman federasiyalarına Aİ tərəfindən ayrılan maliyyələşmənin azaldılması da var. Bundan əlavə, idman
Region15.10.2026 11:02























