Logo

Paşinyan: “Mövqeyim dəyişməyib, yaşayarıq, görərik”

Paşinyan: “Mövqeyim dəyişməyib, yaşayarıq, görərik”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə münasibətləri və Avropa İttifaqına inteqrasiyası ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan bunu oktyabrın 22-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin nümayəndələrinin son açıqlamalarını şərh edərkən deyib.

Baş nazirin sözlərinə görə, hökumətin əsas məqsədi Ermənistanın sabit inkişafını təmin etmək, ölkənin müstəqilliyini və suverenliyini qorumaqdır.

“Biz bu yolla gedəcəyik və münasibətlərimizi şaxələndirmək istiqamətində addımlar atacağıq”, – deyə Paşinyan bildirib.

O, xüsusilə Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı qanun layihəsinə toxunub. Baş nazir qeyd edib ki, bu, hökumətin vətəndaş cəmiyyətinin qanunvericilik təşəbbüsünü dəstəklədiyi nadir hallardan biridir.

Paşinyan, həmçinin ölkədə demokratiyanı qorumaq əzmində olduqlarını və bu istiqamətdə fəaliyyət göstərməyə hazır olduqlarını vurğulayıb.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR