Rusiya Balkan ölkələrinə xəbərdarlıq etdi

Rusiya Balkan ölkələrinə xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

Avropa İttifaqına (Aİ) üzvlük prosesi namizəd ölkələrin neytral statusunu qorumasını çətinləşdirə bilər.

Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının hərbi bloka doğru yaxınlaşması və Rusiyanı əsas təhlükə kimi təqdim etməsi qurumun genişlənmə siyasətinin mahiyyətini dəyişib.

Zaxarova iddia edib ki, Aİ-yə üzvlük perspektivi belə namizəd ölkələrdən Rusiyaya qarşı siyasətlə, o cümlədən sanksiyalarla həmrəylik nümayiş etdirməyi tələb edə bilər.

Diplomat Balkan ölkələrinin Avropa İttifaqı ilə münasibətlər qurmaq barədə qərarının onların suveren seçimi olduğunu vurğulayıb.

O, həmçinin Avropada hərbiləşmənin artmasını, miqrasiya siyasətini və Rusiya ilə ticarət və enerji əməkdaşlığından imtinanı tənqid edib. Zaxarovanın fikrincə, bu amillər Avropanın sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR