Logo

Fransanın borc yükü artır - Avropa narahatdır

Fransanın borc yükü artır - Avropa narahatdır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransada dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi ölkənin borc yükü və büdcə kəsiri ilə bağlı narahatlıqları artırıb. Dövlət borcunun ÜDM-ə nisbətinin təxminən 119 faizə çatması və siyasi qeyri-sabitlik investorların etimadına təsir göstərir. Borclanma xərclərinin artması isə həm Fransa iqtisadiyyatı, həm də digər Avropa ölkələri üçün əlavə risklər yaradır.

Bəs bu proses Avropa dövlətləri üçün hansı riskləri yarada bilər?

İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, dövlət borcunun artması ilk növbədə Fransanın büdcə imkanlarını məhdudlaşdırır.

Onun sözlərinə görə, borcun faizlərinin ödənilməsinə daha çox vəsait ayrılması təhsil, səhiyyə, sosial müdafiə, infrastruktur və iqtisadi inkişaf proqramlarının maliyyələşdirilməsinə mənfi təsir göstərə bilər:

“Belə vəziyyətdə hökumət xərcləri azaltmaq, vergiləri artırmaq və ya yenidən borclanmaq kimi seçimlərlə üzləşir. Bu qərarların hər biri əhalinin rifahına və biznes mühitinə təsirsiz ötüşmür. Siyasi qeyri-sabitlik də dövlətin borclanma xərclərinin artmasında mühüm rol oynayır. İnvestorlar hökumətin büdcə kəsirini azaltmaq, dövlət borcunu idarə etmək və iqtisadi islahatları həyata keçirmək imkanlarını qiymətləndirirlər. Siyasi qüvvələr arasında razılığın zəifləməsi büdcənin qəbulunu və islahatların həyata keçirilməsini çətinləşdirdikdə investorlar daha yüksək gəlirlilik tələb edirlər. Nəticədə Fransa eyni məbləğdə vəsait cəlb etmək üçün daha çox faiz ödəməli olur”.

Fransanın borc yükü artır - Avropa narahatdır

İqtisadçı vurğulayıb ki, Fransanın maliyyə problemləri digər Avropa ölkələri üçün də risk yarada bilər.

“Avropa İttifaqının aparıcı iqtisadiyyatlarından biri olan Fransada borclanma xərclərinin yüksəlməsi investorların digər ölkələrin dövlət istiqrazlarına münasibətinə də təsir göstərə bilər. Xüsusilə dövlət borcu yüksək, büdcə kəsiri böyük və iqtisadi artımı zəif olan ölkələr daha baha maliyyələşmə riski ilə üzləşə bilərlər. Bu proses bankların, investisiya fondlarının və biznes subyektlərinin maliyyə xərclərini də artıra bilər”, - ekspert deyib.

A.İbrahimov hesab edir ki, Fransanın vəziyyəti böyük iqtisadiyyata və inkişaf etmiş maliyyə sisteminə malik olmağın dövlət borcu problemini avtomatik həll etmədiyini göstərir. Onu fikrincə, maliyyə dayanıqlığının qorunması üçün büdcə intizamı, səmərəli dövlət xərcləri, davamlı iqtisadi artım və siyasi sabitlik vacibdir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR