Logo

Avropanın ən yaxşı restoranları açıqlandı – SİYAHI

Avropanın ən yaxşı restoranları açıqlandı – SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“The 50 Best Restaurants 2026” reytinqinin genişləndirilmiş siyahısında Avropanın 20 restoranı yer alıb.

Sfera.az xəbər verir ki, 51-100-cü yerləri əhatə edən siyahıda 11 Avropa ölkəsinin restoranları təmsil olunub.

Reytinq beynəlxalq aşpazlar, qida sahəsi üzrə yazarlar və kulinariya mütəxəssisləri də daxil olmaqla, 1 100-dən çox ekspertin səsverməsi əsasında hazırlanıb. Siyahıya altı qitədən 36 şəhərin restoranları daxil edilib.

Avropa 20 restoranla ən çox təmsil olunan region olub. Asiyadan 17, Şimali Amerikadan 6, Cənubi Amerikadan 3, Afrikadan və Yaxın Şərqdən isə hər birindən 2 restoran siyahıya düşüb.

İtaliya restoranı ilk sıradadır

Avropanın siyahıda ən yüksək mövqedə qərarlaşan restoranı İtaliyanın Senigallia şəhərində yerləşən “Uliassi” olub. Restoran dünya üzrə 51-ci yeri tutub. Belçika, Fransa, Almaniya və İspaniyanın hər biri üç restoranla təmsil olunub. Böyük Britaniyanın isə iki restoranı — “Kol” və “The Ledbury” siyahıya daxil edilib. “The Ledbury” 2019-cu ildən sonra ilk dəfə genişləndirilmiş siyahıya qayıdıb.

Avropanın reytinqə düşən restoranları

  1. “Uliassi” – Senigallia, İtaliya

  2. “Koan” – Kopenhagen, Danimarka

  3. “Frantzén” – Stokholm, İsveç

  4. “Hiša Franko” – Kobarid, Sloveniya

  5. “The Jane” – Antverpen, Belçika

  6. “Willem Hiele” – Oudenburq, Belçika

  7. “Arpège” – Paris, Fransa

  8. “Cocina Hermanos Torres” – Barselona, İspaniya

  9. “Kol” – London, Böyük Britaniya

  10. “Belcanto” – Lissabon, Portuqaliya

  11. “Nobelhart & Schmutzig” – Berlin, Almaniya

  12. “Txispa” – Atxondo, İspaniya

  13. “Septime” – Paris, Fransa

  14. “Coda” – Berlin, Almaniya

  15. “The Ledbury” – London, Böyük Britaniya

  16. “Le Doyenné” – Sen-Vren, Fransa

  17. “Tim Raue” – Berlin, Almaniya

  18. “Eliane” – Brüssel, Belçika

  19. “Neolokal” – İstanbul, Türkiyə

  20. “Aponiente” – El-Puerto-de-Santa-Mariya, İspaniya

Qeyd edək ki, “The 50 Best Restaurants 2026” reytinqinin əsas siyahısı noyabrın 4-də Perunun paytaxtı Limada keçiriləcək mərasimdə açıqlanacaq.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR