Qadınlarda infarktın 5 gizli əlaməti: Çoxları bunları nəzərə almır
Qadınlarda infarkt hər zaman sinə nahiyəsində güclü ağrı ilə müşayiət olunmur. Bəzi əlamətlər adi yorğunluq, mədə narahatlığı və ya qripə bənzədiyindən diqqətdən kənarda qala bilər. Sfera.az xəbər verir ki, terapevt və ginekoloq Niqat Arif qadınların infarkt zamanı tez-tez nəzərə almadığı simptomlar barədə xəbərdarlıq edib. Bu barədə “Mirror” nəşri yazıb. Həkimin sözlərinə görə, səbəbsiz nəfəs darlığı, keçməyən ürəkbulanma, kürəkdə və kürək sümükləri arasında küt ağrı, çənə nahiyəsində ağrı