Qadınlarda infarktın 5 gizli əlaməti: Çoxları bunları nəzərə almır
Qadınlarda infarkt hər zaman sinə nahiyəsində güclü ağrı ilə müşayiət olunmur. Bəzi əlamətlər adi yorğunluq, mədə narahatlığı və ya qripə bənzədiyindən diqqətdən kənarda qala bilər.
Sfera.az xəbər verir ki, terapevt və ginekoloq Niqat Arif qadınların infarkt zamanı tez-tez nəzərə almadığı simptomlar barədə xəbərdarlıq edib. Bu barədə “Mirror” nəşri yazıb.
Həkimin sözlərinə görə, səbəbsiz nəfəs darlığı, keçməyən ürəkbulanma, kürəkdə və kürək sümükləri arasında küt ağrı, çənə nahiyəsində ağrı infarktın mümkün əlamətləri ola bilər. Qəfil və qeyri-adi narahatlıq hissi, eləcə də qripə bənzər simptomlar da diqqətdən kənarda qalmamalıdır.
Mütəxəssis qadınları bədənlərində baş verən dəyişikliklərə diqqətlə yanaşmağa və qeyri-adi simptomlar olduqda tibbi yardım almağa çağırıb.
İnfarkt zamanı əlamətlər hər insanda fərqli ola bilər. Buna görə də simptomları yalnız yaşla və ya sinə ağrısının olub-olmaması ilə qiymətləndirmək düzgün deyil.
Nəfəs darlığı, soyuq tər, ürəkbulanma, kürək və ya çənə ağrısı qəfil başlayarsa, xüsusilə bir neçə əlamət birlikdə müşahidə olunarsa, infarkt ehtimalını nəzərə almaq lazımdır. Belə vəziyyətdə gözləmədən təcili tibbi yardım çağırılmalıdır.
Fatimə
Sfera.az






