Logo

Paşinyan niyə 2031-ci ili hədəf seçib? – Politoloqun şərhi

Paşinyan niyə 2031-ci ili hədəf seçib? – Politoloqun şərhi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinin 2031-ci ilədək uzana biləcəyinə dair açıqlama verib.

Hazırda faktiki olaraq Azərbaycan və Ermənistan arasında sülh şəraiti mövcuddur. Buna görə də gözlənilir ki, sülh müqaviləsi də tezliklə imzalanacaq. Amma Paşinyanın açıqlamaları sülhün rəsmiləşdirilməsinin uzana biləcəyinə dair qənaət formalaşdırıb.

Bəs sülh sazişinin bağlanmasının gecikməsi sərhədlərin də açılmasını gecikdirə bilərmi?

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Sfera.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması ilə bağlı 2031-ci ili səsləndirməsi prosesin məhz həmin vaxta qədər uzanacağı anlamına gəlmir.

Paşinyan niyə 2031-ci ili hədəf seçib? – Politoloqun şərhi

Onun sözlərinə görə, bu tarix Paşinyanın baş nazirlik dövrünü əhatə etməsi ilə əlaqəli ola bilər:

“Türkiyə tərəfi dəfələrlə Ermənistanla sərhədlərin açılmasının və münasibətlərin bərpasının sülh müqaviləsinin imzalanmasından asılı olduğunu bəyan edib. Türkiyə sülh müqaviləsi imzalanmadan sərhədləri açmaqla taktiki baxımdan müəyyən uğur əldə edə bilər. Lakin bu addımın strateji baxımdan Türkiyə üçün ciddi mənfi nəticələri ola bilər”.

Ekspert bildirib ki, sülh müqaviləsinin imzalanmasını çətinləşdirən əsas məsələlərdən biri Ermənistan Konstitusiyasındakı problemlərdir. Onun fikrincə, bu məsələlər yalnız Azərbaycanın ərazi bütövlüyü ilə bağlı iddialar baxımından deyil, Türkiyə ilə münasibətlər kontekstində də əhəmiyyət daşıyır:

“Sülh sazişi imzalanmadan sərhədlərin açılması Türkiyənin regionda uzunmüddətli və dayanıqlı sülh prosesinin təşviqinə yönələn siyasətinə də mənfi təsir göstərə bilər”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR