Logo

Putinlə Uitkoffun görüşündə müharibənin taleyi müzakirə ediləcək

Putinlə Uitkoffun görüşündə müharibənin taleyi müzakirə ediləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu oktyabrın 21-də günün birinci yarısında qəbul edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna münaqişəsinin nizamlanması olacaq.

Reuters-in məlumatına görə, Uitkoff bundan əvvəl Norveçin paytaxtı Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. ABŞ dövlət katibi Marko Rubio həmin danışıqları müsbət qiymətləndirib. Uitkoffun Oslo görüşünün nəticələrini Rusiya tərəfinə çatdıracağı gözlənilir.

Danışıqların konkret nəticələri barədə hələlik məlumat verilməyib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR