Logo

Hörmüzdən neftin daşınma xərci 7 dəfə artıb - Rəqəmlər

Hörmüzdən neftin daşınma xərci 7 dəfə artıb - Rəqəmlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Goldman Sachs" bankının hesablamalarına əsasən, Yaxın Şərqdəki gərginlik neft daşınması xərclərini son bir ildə təxminən yeddi dəfə artırıb.

Sfera.az xəbər verir ki, bankın proqnozlarına görə, geopolitik risklər və logistik axsamalar səbəbindən yükdaşıma qiymətləri yüksək səviyyədə qalmaqda davam edə bilər.

Bankın analitik qrupunun yaydığı hesablata əsasən, xam neftin orta daşınma xərci bir barel üçün 3 dollardan 20 dolların üzərinə qalxıb. Bu artımdakı əsas paylar belə bölünüb: Hörmüz boğazındakı müharibə riski sığortasının qiyməti 7 dollar, artan yanacaq xərcləri və gəmidən gəmiyə edilən transferlər isə ayrı-ayrılıqda 4 dollar təsir göstərib.

Analitiklər qeyd edirlər ki, yüksək yükdaşıma xərcləri "Brent" markalı neftin qiymətində bahalaşma riski yaradır. Gəmilərə hücumların intensivləşməsi, enerji infrastrukturuna dəyən zərərlər və uzunmüddətli geopolitik risklər də qiymətlərə təsir edə biləcək əsas amillər sırasındadır. Bununla belə, "Goldman Sachs"ın əsas proqnozuna görə, "Brent" neftinin qiyməti ilin sonunda bir barel üçün 90 dollara qədər geriləyəcək.

ABŞ və İran arasındakı gərginlik, həmçinin Fars körfəzi və ətraf ərazilərdə gəmilərə edilən hücumlar qlobal dəniz daşımalarını iflic edib. Hörmüz boğazından keçən neftin həcmində ilkin mərhələdə kəskin azalma baş versə də, sonradan gəmilərin yüklərini bu mübahisəli su yolundan kənarda daha böyük tankerlərə ötürməsi sayəsində daşımalar qismən bərpa olunub.

"Goldman Sachs" analitiklərinin fikrincə, son nöqtəyə çatdırılan neftin baha başa gəlməsi neft emalı zavodlarının ümumi xam neft tələbatını azalda bilər. Zavodlar, həmçinin daha yaxın tədarükçülərə üstünlük verməklə mövcud ticarət marşrutlarını dəyişmək məcburiyyətində qala bilərlər.

Mütəxəssislər vurğulayırlar ki, Yaxın Şərqdəki münaqişə hazırkı şərtlər altında davam edərsə, neft daşınması xərclərini artıran amillər də böyük ölçüdə qüvvədə qalacaq. Hazırda Fars və Umman körfəzlərindəki tankerlərin təxminən altıda biri hər gün gəmidən gəmiyə neft köçürülməsi əməliyyatlarında istifadə olunur.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR