Logo

Mənzillərin kütləvi bahalaşması dayanır: Bazar yeni fazaya keçir

Mənzillərin kütləvi bahalaşması dayanır: Bazar yeni fazaya keçir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ildən Azərbaycanın mənzil bazarında müşahidə edilən yüksək bahalaşma tempi hələ də davam etsə də son aylarla bahalaşmanın bir qədər zəifləməsi müşahidə olunur.

Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ildə bahalaşma sürəti əvvəlki ilə nisbətən 30 faizdən çox zəifləyib.

Zəifləməyə baxmayaraq mənzil bazarında bahalaşma sürəti hələ də 2022-ci ildən əvvəlki artım dinamikasından güclüdür.

Xatırladaq ki, 2022-ci ildə mənzil bazarında qiymətlər orta hesabla 5,8 faiz artıb. İlin əvvəlində 4-5 faiz olan bahalaşma sürəti ilin sonlarına doğru 7-8 faizə çatmışdı.

2023-cü ildə bahalaşma bir qədər də güclənib. Həmin ilin sonunda bahalaşma sürəti 9,7 faizi ötüb.

Yüksək bahalaşma dinamikası 2024-cü ildə 9,9 faizə, 2025-ci ildə 12,2 faizə çatıb.

2026-cı ilin üçüncü rübündə isə 2025-ci ilə nisbətən xeyli səngiyərək 8,4 faiz olub.

Bu il bahalaşmanın səngiməsinə baxmayaraq qiymət artımının hələ də yüksək olması müşahidə edilir.

Müqayisə göstərir ki, 2022-2026-cı illərdə mənzil bazarında inflyasiya 55 faizi ötüb.

Bazarı öyrənən şirkətlərin rəyinə əsasən, Azərbaycanın, xüsusən Bakının mənzil bazarında növbəti illərdə kəskin bahalaşma dalğasının zəifləyəcəyi, lakin qiymətlərin artmağa davam edəcəyi gözlənilir.

Aparıcı əmlak ekspertlərinin təhlillərinə əsasən, bazar artıq sürətli və kütləvi qiymət artımı mərhələsindən çıxaraq daha balanslı artım fazasına keçir. Yəni, bütün ərazilərdə mənzillərin bahalaşması prosesini müəyyən ərazilərdə bahalaşma prosesi əvəzləyəcək. Bu dəyişikliyə görə bəzi yerlərdə qiymətlər enəcək, bəzilərində sabit qalacaq, bir çox yerlərdə isə qiymət artımları olacaq.

Xüsusən, bahalı mənzillərin qiymətinin ya artmayacağı, ya da uzun müddət sabit qalacağı, hətta bir qədər enəcəyi gözlənilir. Amma ucuz, lakin infrastrukturu, kommunal sistemi normal olan evlər bahalaşacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR