Logo

İnternetin sürəti niyə qəfil düşür? - ƏSL SƏBƏB...

İnternetin sürəti niyə qəfil düşür? - ƏSL SƏBƏB...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Evdə internetin sürətinin azalmasının səbəbi zədələnmiş şəbəkə kabeli ola bilər. Maraqlıdır ki, kabel zahirən işlək görünsə də, məlumatların ötürülmə sürətini məhdudlaşdıra bilər.

Sfera.az xəbər verir ki, bu barədə “MakeUseOf” nəşri yazıb.

Nəşrin jurnalisti Manuviraj Qodara internet paketinin sürətini saniyədə 50 meqabitdən 150 meqabitə yüksəltsə də, sürət testlərinin nəticələri 100 meqabitdən aşağı olub. Problemi araşdıran jurnalist səbəbin köhnə internet kabeli olduğunu müəyyən edib.

Müəllifin sözlərinə görə, kabel zədələndiyi üçün məlumatları əvvəlki sürətlə ötürə bilməyib. O, Windows əməliyyat sistemində internet bağlantısının sürətini yoxlamağı da tövsiyə edib.

Bunun üçün kompüterdə “İdarəetmə paneli”nə daxil olmaq, “Şəbəkə və internet” bölməsini, daha sonra isə “Şəbəkə və paylaşım mərkəzi”ni açmaq lazımdır. Ethernet bağlantısının üzərində sağ düyməni sıxıb “Vəziyyət” bölməsinə keçdikdən sonra “Sürət” sətrində şəbəkə bağlantısının sürətini görmək mümkündür.

Jurnalist köhnə kabeli yenisi ilə əvəz etdikdən sonra marşrutlaşdırıcı ilə bağlantının sürətinin yenidən saniyədə 1 giqabitə çatdığını bildirib. Onun ehtimalına görə, kabelin daxilindəki naqillər zədələnib. Kabel dəfələrlə kreslonun təkərləri altında qalıb və qapı arasında sıxılıb.

Bununla belə, internet sürətinin məhdudlaşması təkcə kabellə əlaqəli olmaya bilər. Şəbəkə adapterinin imkanları, marşrutlaşdırıcının portu və ya bağlantıdakı digər avadanlıqlar da sürətə təsir göstərə bilər.

Qeyd edək ki, oktyabrın ortalarında “XDA” nəşrinin jurnalistləri ağıllı televizorlarda donma və ləngimələrin hər zaman internetin zəifliyi ilə bağlı olmadığını bildiriblər. Onlar Wi-Fi bağlantısını yoxlamağı və televizorun keş yaddaşını təmizləməyi tövsiyə ediblər.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR