Logo

"Moskva Ermənistanla bağlı Aİİ hesabatı ilə tanış deyil"

"Moskva Ermənistanla bağlı Aİİ hesabatı ilə tanış deyil"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünün dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatla hələ tanış olmayıb.

Sfera.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Xeyr, hesabatla tanış olmamışıq”, – deyə Peskov qeyd edib.

Oktyabrın 20-də Aİİ Ermənistanın təşkilatda üzvlüyünün dayandırılmasının mümkün nəticələrinə dair birgə hesabat dərc edib. Sənəddə İrəvanın bu istiqamətdəki addımlarının həm ittifaqın ümumi fəaliyyətinə, həm də üzv dövlətlərin iqtisadiyyatlarına müxtəlif risklər yaratdığı bildirilib.

Qeyd edək ki, Ermənistan daha əvvəl Rusiya hakimiyyətinin tətbiq etdiyi genişmiqyaslı ticarət məhdudiyyətləri ilə əlaqədar Aİİ-yə şikayət etmişdi.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR