Mayk Tayson türk serialında rol alacaq
Kateqoriya məlum deyil
Dünyaca məşhur keçmiş boksçu Mayk Tyson Türkiyədə yayımlanan serialda rol almağa hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, keçmiş ağır çəkili dünya çempionu İstanbulda “Tuzlu Kahve” serialının çəkilişlərinə qatılacaq. Tayson ekran işində Buğra Gülsoyun canlandırdığı Mehmet obrazının ABŞ-dan gələn dostunu canlandıracaq.
Eda Ece və Buğra Gülsoyun baş rollarını bölüşdüyü serialda Binnur Kaya, Nebahat Çehre, Şevval Sam və Sarp Apak kimi tanınmış aktyorlar da yer alır.
Taysonun serialın hansı bölümündə görünəcəyi ilə bağlı isə hələlik ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Mayk Tayson boks karyerasından əlavə, kino və televiziya layihələrində iştirakı ilə də tanınır.
Fatimə
Sfera.az
Açar sözlər:






