Rusiyanın növbəti hədəfi bu ölkə ola bilər: Qaqauziya kartı... – Təhlil
Moldova Prezidenti Maya Sandu ölkəsinin Avropa Birliyinə (AB) üzv olması üçün rəsmi ərizəni imzalayıb. Sandu, "Biz sülh, firavanlıq içində yaşamaq, azad dünyanın bir hissəsi olmaq istəyirik. Bəzi qərarlar vaxt tələb etdiyi halda, digərləri tez və qətiyyətlə qəbul edilməlidir”, - deyib. Xanım prezidentin "Bəzi qərarlar vaxt tələb etdiyi halda, digərləri tez və qətiyyətlə qəbul edilməlidir” sözləri təsadüfi deyil. Görünür, xanım prezidentin belə bir qərar verməsinə təsir edən amillər olub. Məsələ