Dünya TƏHLÜKƏDƏ - Dəniz səviyyəsi qalxır, 36 şəhər su altına qalacaq

Dünya TƏHLÜKƏDƏ - Dəniz səviyyəsi qalxır, 36 şəhər su altına qalacaq
Dəniz səviyyəsinin qalxması səbəbindən dünyada 36 şəhər daşqın altında qalmaq təhlükəsi ilə üzləşəcək. 

Sfera.az xəbər verir ki, ABŞ-ın "The Swifest” ("The Svift”) jurnalının araşdırmasına görə sahillərdə yerləşən, dəniz səviyyəsindən çox yüksək olmayan yaşayış məntəqələri daşqın təhlükəsi ilə üz-üzədir. 

Araşdırmaya görə həmin şəhərlərdə 226 milyondan çox insan yaşayır. Jurnal yazır ki, dəniz səviyyəsinin 1,5 metr qalxması həmin şəhərlərin daşqına məruz qalmasına kifayət edəcək. 

Daşqın təhlükəsi olan məhşur şəhərlər arasında Amsterdam, Nyu York, Banqkok, Venesiya, Mayami var. 

Elmi araşdırmalara əsasən, 2050-ci ilə qədər dəniz səviyyəsinin təxminən 70 sm yüksələcəyi gözlənilir. Sahil xəttinə yaxın ərazidə yerləşən həmin şəhərlərin gələcəkdə daşqınla üzləşməməsi üçün layihə dəyəri yüksək olan qoruyucu bəndlərin tikilməsi vacib olacaq. Jurnal yazır ki, bu hazırlıq bələdiyyələrin və hökumətlərin xərclərini artıracaq. 

Vasif

OXŞAR XƏBƏRLƏR